adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

Boğazımızdakı çatıdan Facebook-un çatına

CEYHUN MUSAOĞLU
28407 | 2010-06-26 07:00
Tanınmış televiziya aparıcısı ilə facebook-un çatında söhbət etdik. 3 saatdan çox danışdıq. Söhbət bitəndə birdən ayıldım ki, maraqlı alınıb. Ona "dərc edəcəm bunu olduğu kimi" dedim. "Özün bilərsən" cavabını aldım.
   
   Bu da həmin dialoq.
   
   - Salam.
   
   - Salam.
   
   - İşlər necədi?
   
   - Hər şey normaldir.
   
   - Nə yaxşı vaxt tapmısan?
   
   - Hərdən olur
   
   - Mənim 2 yazım oldu arada,
   
   yəqin baxa bilməmisən?
   
   - Heç baxa bilməmişəm.
   
   - Link atsam, baxa bilərsən?
   
   - At bakalım.
   
   - Qaynar.info-da oxucular suallar göndərib, cavab yazmışam.
   
   Onu da göndərərdim, amma yorulacaqsan.
   
   - Ooo, çox darıxmışam oxucular üçün
   
   - Qorxuram, deyəsən, bu, lap ağ oldu...
   
   - Hanı, nerde?
   
   - http://www.adalet-az.com/new/2010/05/15/read=46905
   
   Bu, yazımın biri, daha doğrusu ikincisi...
   
   http://www.adalet-az.com/new/2010/05/08/read=46677
   
   Bu, ikincisi, daha doğrusu birinci yazım.
   
   http://news.qaynar.info/37647.html
   
   Bu da müsahibə.
   
   - Yani şimdi deyil...
   
   - Olsun. Hər üc cizma-qaranı
   
   bəyənməyən olmayıb və xeyli rəylər yazıblar statusuma,
   
   indi profildədi...
   
   - Oooo, daha kimseyi beyenmezsiniz...
   
   - ...Və müsahibə hazırda statusdadı. Yox, sən daha maraqlısan.
   
   - Anlamadım, nədir maraqlı olan?
   
   - Düşüncələrindəki yaxşı mənada yüngüllük. Akademiklik eləmirsən.
   
   - Yəni xəfiflik anlamındamı?..
   
   - Hə. Dəqiqdi.
   
   - Fəlsəfədən zəhləm gedir, mənim uçün real olan daha mühüm olandır.
   
   - Fəlsəfə yoxdu ki, hər şey sadədi. Biz inana bilmirik bu sadəliyə.
   
   - Heç olmasın. Mən sadənin deyil, realın tərəfdarıyam. Real olan mürəkkəb də ola bilər.
   
   - Başlayırıq dərinə baş vurmağa və batırıq.
   
   - İstəməz...
   
   - Əlbəttə. Dünən İradə xanımla hər gun olduğu kimi, novbəti disskusiya açmışdıq bu mövzuda. O, deyir həyat mürəkkəbdi, mən deyirəm sadədi.
   
   - İndi nə yazacaqsan. Yazıya bir az baxdım. Rey niyə gedir ki?.. Hə, İradə xanımla söhbət mənə çox maraqlıdır. Danış.
   
   - Maraqlı fikirlər cıxdı ortaya. Həmişə də kişi-qadın münasıbəti ilə bağlı mövzu aparıcı olur.
   
   - Aha...
   
   - Fikirlərimiz əksər hallarda üst-üstə düsür, əlbəttə istisnalarla.
   
   İradə xanım deyir 50 faiz kişidən asılıdır ailədəki abu- hava.
   
   - Hansı məqamlarda?
   
   - Mən deyirəm 100 faiz kişi tənzimləyir bunu.
   
   - Kişi deyəndə kimi nəzərdə tutursunuz?
   
   - Daim bir-birinin yanında olmaq anlamında əri, sevgilini...
   
   - Məncə bütün munasibətləri quran da, dagıdan da kişidir. Qadın yalnız seçiləndir, ona gorə de cırnayır.
   
   - Hə, bax burda eyni cür düşünürük. Mən cox azad adamam
   
   İradə xanim deyir bu bəxtdi.
   
   Amma mən deyirəm yox, bunu mən yaratmışam.
   
   -Eyni cür düşünmürük, bu, mənim və bütün qadınların qəbul etmek istəmədiyi acı reallıqdir. Mən ona görə reallıgı sevirəm, acı da olsa.
   
   - Olsun, eyni düşünmürük. Sadəcə, azadlığı hər kəs əldə edə bilər deyirəm, osa razılaşmır. Və mən həyatımdan misallar gətirirəm, osa deyir təsadüfdü.
   
   - Azadlığı yalnız azad təfəkkürlü insanlar qəbul edə bilər. Bizdə isə qadınlar azad deyil.
   
   - Bizdə kişilər də azad deyil. Azad olanlar varsa, bir-iki nəfər, onlar da avaradılar.
   
   - Qadınlara nisbətən azaddırlar.
   
   - Elə bilirlər bu azadlıqdır.
   
   - Ola bilər.
   
   - Amma mən avara olmadan azadam.
   
   - Aha.
   
   - Hər gün 4-dən sonra başlayır müzakirə.
   
   - Yarasa kimi.
   
   - Bəlkə də bayquş kimi. Hər şeyi adıyla çağırırıq... Bir az da dəqiqləşdir, yarasa kimi, nə yəni?..
   
   - Yəni xüsusi vaxt var, yalnız o zaman yaranır.
   
   - Həəəə, qəribədir. Mehriban, o, mən. İki xanım, bir kişi.
   
   - Sonra?..
   
   - Kənardan baxan olsa, deyər bunlar dəlidi.
   
   - Bu müzakirənin nə faydası olur?
   
   - Onlara yəqin heç nə. Daha doğrusu onların adından danışa bilmərəm. Mənsə bir daha azad olduğumu anlayıb, bu məmləkətdə yaşamağa stimul qazanıram. Yenidən və dəfələrlə.
   
   - Ceyhun, nəyinə lazımdır azadlıq?
   
   - O hər şey eləməyə yol acir. Lap buldozer kimi təmizləyir daşı, kəsəyi yolumdan. Və nə istəyirəm edirəm.
   
   - Nədədir sənin azadliğın?
   
   - Məgər insan bunu arzulamır?..
   
   - Azadlığın nədədir?
   
   - Gərək sadalayım axı...Konkret necə deyim? Mənim ağam yoxdu. Kimsənin nüfuzuna tabe deyiləm.
   
   - Bu, yaxşıdır.
   
   - Kimsə məni danlamır, nə evdə nə çöldə...
   
   - Axı həmişə narazılıq edirsın. Nədir səni qane etməyən?
   
   - Başqalarının bədbəxtliyi.
   
   - Sən bu qədərmi xoşbəxtsən? Yoxsa oynayırsan bu rolu?
   
   - Xoşbəxtəm. Yaxşı artistlik qabiliyyətim var, amma azadlığı oynamıram.
   
   - Nə bilim, səndən baş açmadım. Yaa, içi bu qədər üsyanla dolu insan xoşbəxt olamaz.
   
   - Mən fərd olaraq xoşbəxtəm. Həm də millətəm axı, meşədə yaşamıram.
   
   - Ya yetər, özünü aldada bilərsən, məni yox.
   
   - Meşədə yaşasaydım belə, ağacın yarpağına qurd düşməsinə üsyan edərdim.
   
   - Hə, anlaşılır, sən üsyançısan, ona görə xoşbəxtsən. Yadıma düşdü: üsyançılar həp xoşbəxt olurlar.
   
   - Tapdın da. Bəs niyə deyirsən anlamıram?
   
   - Hətta İsveçrədə yaşasan üsyan etməyə bir şey taparsan sən.
   
   - "Alnımdan oxuya bilməzsən məni
   
   xanım, mənim xəttim yaxşı xətt deyil".
   
   - Bu sualmı?
   
   - Yox sənin məni anlamamağına cavab. Yəni mən alın yazımı özüm yazmışam. Sadəcə, xəttim pisdi, oxunmur.
   
   - Yetər ya, besdir. O zaman de görüm sabah nə olacaq? Deyəmməzsən axı. Bu gəlişi gözəl sözləri boşla.
   
   - Mən yenə belə olaraq qalacam. Sabahda bunu görmək hər şeyi gormək deyilmi?
   
   - Ceyhun, lazım deyil.
   
   - Amma sən məndən daha üsyançısan. Hər kəs üsyan edir. Sən susmaqla üsyan edirsən.
   
   - Mən yaranışıma üsyan edənlərdənəm. Mən yaranmamalıydım. Haqsızlıq bu.
   
   - Oooooooo... Gördün? Sən Allaha üsyan edirsən ki, xanım.
   
   - Mən bütün dunyaya müxalifətdəyəm.
   
   - Bəs niyə mənim üsyançı olmağıma istehza elədin?
   
   Niyə? Səndən aşağıda olum, ona gorə?
   
   - Mən isteza etmədim. Sadəcə çox yorulmuşam. Yaşamaqdan və inqilab etmək üçün çox gücsüz olduğumdan.
   
   - Oxu mənim "Dincəlmək istəyirəm" yazımı. Deyəsən biz əkizik.
   
   - Mən azad deyiləm, çünki qadınam. Və heç vaxt da azad olmayacam. Bunu anlayan qadinam. Cəmiyyəti dırmıqalamaqdan yorulmuşam.
   
   - Seçimin düz deyil. Məktəb, iş, ev, dost seçimin...
   
   - Mən ölmək istəyirəm, vəssalam. Viktor Hüqonun bir sözu var: ölməyi arzulamaq elə ölmək kimi bir şeydir.
   
   - Dayan, dayan...
   
   - Heç nə mənə yardım edəməz.
   
   - Dayan. Belə eləmə. Heç vaxt ölmək olmaz...
   
   - Niyə?
   
   - Yoooox...Sənin buna haqqın yoxdu. Necə ki, sən deyirsən başqalarına: "Məni incitməyin, buna haqqınız yoxdu".
   
   - Qorxma, özümü öldürməyəcəm. Mənim buna da haqqım yoxdu. Sən də mənim başıma vurursan ki, haqqın yoxdu. Dəhşətdi, insanın ölməyə belə haqqı yoxdu. Sadəcə bu arzu ilə yaşayıram.
   
   - Ona haqqın var. Amma ölümün sənə deyə bilər saxla, haqqın yoxdur. İnsan qazandıqlarını yeyir. Özün qazanmısan bu həyatı.
   
   - O zaman mən heç nə qazanmamışam, bütün çabalarıma rəğmən.
   
   - "Xanım azad ola bilməz" zəncirini boynundan asmaqla, hə?
   
   - Mən heç vaxt azadlığın necə olduğunu görməyəcəm. Mən qazana bilməyəcəm.
   
   - Sən istedadlısan, gözəlsən, yaxşısan, həsəd aparanlar var sənə...Bunlar qazanc deyil? Daha çox istəyirsən, bilirəm. Daha çox istə. Bir az da çox istə, alacaqsan. Sən mütləq qazanacaqsan.
   
   - Mən artıq uduzmuşam.
   
   - Sənin hər şeyin var.
   
   - Artıq qazanci yox, borcları düşünürəm.
   
   - Deməli, yaşayırsan!
   
   -Mənim heç nəyim yoxdur. Səməd Mənsur demişkən: "Həpsü rəngidir".
   
   - Almısansa qaytarmalısan. Özün varsan. Təkcə doğulmaq hər şeydi. Dünya gözəldi. Onu görmək üçün doğulmaqdan böyük heç nə yoxdu.
   
   - Ceyhun, mən istefa vermək istəyirəm, amma qəbul edən yoxdur.
   
   - Sən bir dəqiqləşdir, gör səni işə götürən olubmu?
   
   - Mən nə qədər çalışıram heç bir problemimi həll edə bilmirəm. Yorulmuşam.
   
   - Elə demə, sən stresdəsən. Unutma, həyat sənə nə verir qəbul elə, onsuz zorla qəbul etdirəcək.
   
   - Daha zora da ehtiyac yoxdu. Heç nə bitmir, elə hey uzanır.
   
   - Bu yaxşıdı. Qoy bitməsin. Qoy hər şey uzansın. Sən mübarizə apar. Yorulmusan. Dincəlmək istəyirsən. İmkan yoxdu. Vəssalam, deməli, bir yol var-yaşamaq.
   
   Mənim bir xanım qohumum var. İki dəfə ərə getdi, hər ikisi dəyyus çıxdı. Xanım çox ağıllıdı və yüksək maaşı olan tanınmış xarici şirkətdə işləyir. Valideynləri göz verib, işıq vermirlər. Hərdən gözünü də çıxarırlar. Osa deyir, az qalıb. Hecə ki o iki dəyyusu atdım, sizi də atacam.
   
   - Düz eləyir?
   
   - Düz eləyir. Sənə mane olan hər şeyi atmalısan. Vətəni də. Təzə həyat istəyirsənsə və bu həyat səni qane etmirsə, hər şeyi alt- üst etməyi bacarmalısan.
   
    - Mənim indi atılacaq yox, tutulacaq bir şeyə ehtiyacım var.
   
   - Qələbə qazanmaq üçün şans həmişə var. Kaş sənin üçün hər şey edə biləydim.
   
   - Nə yazıq mənə kimsə kömək edə bilməz.
   
   - İradə Tuncayla söhbətlərimizin birində dedim ki, mənim sakit görünüşlü, məsum, yavaş səslə danışan, yeriyəndə ayaqqabılarının səsi çıxmayan qızlardan xoşum gəlir.
   
   - Maraqlıdır.
   
   - Sadə və bir qədər də kasıb geyinsin.
   
   - Aha.
   
   - Gözünə optik eynək taxsın. Ətrafda kimsə onu görməsin, sanki o yoxdu...
   
   - İradə xanım dedi ki, sən himayəçi təfəkkürünə maliksən. İstəyirsən himayənə alasan qızı.
   
    - Təkcə xanımları?
   
   - Yox hər kəsi.
   
   - Anlamadım səni...
   
   - Nəyi anlamadın axı?
   
   - Çox qarışdırdın.
   
   - Nəyi nəyə? Sadəcə, dedim ki, sənə kömək etmək istəyirəm. Sən qəbul etmədin. Mən də izah etdim biləsən ki, bu mənim xarakterimdir.
   
   - Həəəə, çox sağol.
   
   - Unutma: həyat çox hiyləgərdi, sənin əlində bütün kartlar olanda, o şahmat oynamaq qərarı verir.
   
   - Yaxşı fikirdi.
   
   - Deməli, neyləməli? Şahmat oynamağı bacarmalı.
   
   - Yox, tədbirli olmalı, domino da oynaya bilər.
   
   - Dominonu da öyrən. Bütün oyunları bil. Həyatla oynamağı öyrən. Və "ucalıqdan yıxılsan da qəm yemə, sən yıxılan ucalıqlar qalacaq".
   
   - Məmməd Araz.
   
   - Yox.
   
   - Hə, onundur axı...
   
   - Ramiz Rövşənindi. Elçibəyə yazıb.
   
   - Ahaaa, dogru, dogru... Yadıma düşdü.
   
   - "Sənə bir daş atar yerindən duran, səni sevdiklərin daşqalaq eylər. Daş atan bilərmi nə günah eylər?.." Daş atanlar günahkar olduğunu heç vaxt bilməyəcək.
   
   - İstəyərəm heç kim günahkar olmasın...
   
   - Olmasın! Olmasın! Olmasın!
   
   Vaxtını aldım, bağışla. Sənə cox az hallarda ürəyimdən gələn minnətdarlıq edirəm.
   
   - Niyə ki?
   
    - Həmişə səninlə danışmağı arzulamışam.
   
   - Thanks...
   
   - İngilis hərfləri ilə gəldi. Bunusa belə başa düşdüm: biz ayrı-ayrı dillərdə danışırıq!
   
   - Yenə sag ol, məşhur fraza...
   
   - Oxu o üç yazını. Sənin rəyin cox qiymətlidi. Hələlik, bir daha sağol.
   
   - Sagol.
   
   - Yadında saxla: dünən yoxdu, bu gün olmayacaq, sabah həmişə var - Ceyhun Musaoğlu
   
   - Laməkan Ceyhun.
   
   - Demək olar. Amma indi evimə gedirəm. Xanım, qızım və mən. Belə də laməkanlıq olar?.. AZADLIQ ÇƏRÇİVƏLƏRDƏ GÖZƏLDİR.
   
   - Çərçivələr gözəl deyil.

TƏQVİM / ARXİV