«OLUM!» «ÖLÜMÜ»ü YIXDI

ƏBÜLFƏT MƏDƏTOĞLU
68578 | 2015-04-03 17:45

Yaşanan bir gününmənzərəsi

Bu hisslər yəqinki, sizlərə də tanışdı. Ən azından həkim, xəstəxana, ümumiyyətlə səhiyyə ilə bağlıanlayışı, təması olan hər kəs mənim indi söyləyəcəklərimi yaşamamış deyil. Özü dəbu hisslər bu və ya digər şəkildə bütün adamlarda təkrarlanır. Maraqlı burasıdırki, həmin hissləri bəzilərimiz etiraf edirik, bəzilərimiz dişimizi dişimizə sıxıbqarşılayırıq, bəzilərimiz isə onun xofundan uzun müddət çıxa bilmirik. Və bütünbunlar da bir kompleks təşkil edir: həkim-xəstə kompleksi. Xəstə o vaxt rahat, dözümlü,lap elə bir az da köntöy desəm, özünü qalib sayır ki, onda həkimə inamı olur, həkimözünü sevdirə bilir. Deməli, inam və sevgi həkimi və xəstəni bir araya gətirib onlarıçiyinlərindəki yükün altından çıxarır. Necə ki…

Bəli, o ana qədəreşitdiklərim, oxuduqlarım, hətta dost-tanışı ziyarət edib şahidi olduğum proseslərinhamısı mənə bir xəyal kimi gəlirdi, yuxu kimi görünürdü. Açığını etiraf edim ki,məhz o məşhur bir deyimdə söylənildiyi kimi, özüm bu prosesin içərisinə qatılandahəmin o xəyal, o yuxu bütünlüklə dəyişildi, gerçək ortaya çıxdı və mən bir gerçəyindaşıyıcısına çevrildim, onu yaşadım…

Həmin gün ömrümün,həyatımın silinməyəcək, unudulmayacaq bir səhifəsidir. Elə bir səhifə ki, mən yaşamlaölümün, həyatla onu itirməyin sərhəddində dayanmışdım. Hətta məni bu məqamda müşahidəedən doğmalar belə bütün içimi, bütün duyğularımı görüb oxuya bilmirdilər. O qədəröz içimdə yüklənmişdim ki, o yük məni əməlli-başlı sıxmışdı. Elə sıxmışdı ki, içdünyamın kitabının səhifələrini çeivrmək mümkün deyildi. Bircə Allah xofu, Allahsevgisi, Allaha bağlılıq və bir də itirmək istəmədiklərimin gözlərimin axtardığıçöhrələri həmin an mənə ümidə bənzər nə isə verirdi. O, bütünlüklə ümid deyildi,təqribən onun yarısı idi. Və mən bu yarı ümidlə növbəmi gözləyirdim… Əməliyyat öncəsinövbəmi. Bir etirafı gizlədə bilmirəm. Ola bilsin ki, bu etirafım dostlardan, doğmalardankimlərəsə toxunsun. Amma yeri gələndə deyilməli olanı deməmək, onu başqa bir zamanasaxlamaq mənim əxlaqıma, dünya görüşünə görə yalnış yanaşmadı. Odur ki, mən də məhzhəmin o anda hiss etdiyimi və mənə doğrudan doğruya ağır təsir bağışlayan bir fikridilə gətirmək istəyirəm. Deməli, məndən öncə əməliyyat otağına götürülən bir insanınətrafına yalan olmasın 25-30 nəfər adam toplaşmışdı. Övladları, dostları, doğmaları…Və üstəlik də bu adamın mobil telefonu susmurdu. Hər kəs arayıb-axtarır, hər kəsmöhkəm olmasını və şəfa diləyirdi. İndi təsəvvür edin ki, xəstəxana otağından əməliyyatotağına keçməyə hər an hazır olan bir insanlamən yanaşı çarpayıda uzanıb növbəmi gözləyirəm. Və mənim telefonum da susur, ətrafımda da bir kimsə yox.Bunun insana necə təsir etdiyini, bunun nə demək olduğunu söyləmək mənə çox çətindi.Və mən bu çətinliyi həyatımın, yaşamımın bir növü mövcud olmağını hardasa qiyməti,dəyəri kimi gördüm. Deməli, hardasa mənyalnız ehtiyac duyulanda sən demə yada düşürmüşəm – dostların,doğmaların yadına… Nə isə…

Bax, həmin o məqamıindinin özündə də xatırlayanda özümdən asılı olmadan həm kövrəlirəm, həm də şükr edirəm. Ona görə şükr edirəm ki,o məqamda mənim güvəndiyim Allahım və güvəndiyimtək buraxmadı. Deməli, mən kiminsə yadındayam. Yadında olduğum yanımda idi! Birqəribə nüans da söyləyim.Özümlə birlikdə götürdüyüm dəftər-qələmim, bir də eynəyim köməyimə çatdı orda. Bunuda öncədən tədarük etmişdim. Bir atalar sözündədeyildiyi kimi, şəri düşünüb xeyirə qovuşmaq üçün götürmüşdümonları. Son anda ağlıma gələni, ürəyimdə olanları yazıb yastığın altına qoymaq üçün.Nə bilmək olar… Bax, beləcə əməliyyat növbəmi gözləmişdim. Onda yazdığım misralarəyri-üyrü olsa da, amma ürəyimin səsi idi.

Əməliyyatdan öncə

şəkil çəkdirmək

qara lent almaq

və onları

dostlar üçün

əlaltında saxlamaq

istəyimi

gerkəç etdim.

Bunu

tədbirli olduğumüçün deyil

sadəcə,

dostlarıma qəfilproblem

çıxarmamaq

və onların sinəsindən

son kərə

özlərinə,

gözlərinə

özlərindən baxmaq

arzumdan etdim.

***

Məndən öncəki xəstəəməliyyat otağından geri qaytarıldı. Gözucu baxdım. Üz-gözünün rəngi bəmbəyaz idi.Dodağının qanı da qaçmışdı. Amma bir kəlməsindən hiss etdirməyə çalışırdı ki, burdaqorxulu bir şey yoxdu. Düzünü deyim ki, onun bu jesti mənə bir az toxtaqlıq verdi.Adətən kimsə ufuldayanda, sızıldayanda,hay-küylə ağrıdığını dilə gətirəndə ətrafdakılarada müəyyən qədərpsixoloji təsir edir. Görünür, məndən öncə əməliyyat olunmuş bu insan həyattəcrübəsinə malik idi. Ona görə də heç nəyi büruzə vermədi. Sadəcə dedi ki, qorxulubir şey yoxdu. Elə bu sözün təsiri altında mənə yaxınlaşan tibb işçiləri gətirdiklərixərəyiçarpayının yanında saxladılar və təbəssümlə:

- Buyurun, gedək!– dedilər.

Üzüyola uşaq kimiheç nə demədən xərəyə uzandım. Ardımca gələn bu ağxalatlılar məni gözlərimin axtardıqlarındanayırıb apardı. Bir azdan vurulmuş iynənin təsiri altında başımın üzərindəki ekrandaürəyimi gördüm. Onun içərisindəki saçaqlar yadıma qocaman bir ağacı saldı. İlahi,insanın ürəyindəki damarlar nə qədər saysız-hesabsız və nə qədər də bir-birinə dolaşmadanöz işini görürmüş. Mən ürəyi bu qədər yaxından görməmişdim. Daha doğrusu, ürəyiniçini bu qədər yaxından seyr etməmişdim. Çox diqqət yetirdim. Səni axtardım onuniçində… dostları axtardım… və bir anlıq sağ tərəfimdə dayanıb hansısa tibbi prosesləriyerinə yetirən həkimin gözlərini görmək istədim. Bəlkə də həyatımda ilk dəfə onda gözlərdən, baxışlardan qorxub çəkindim.Çünki yalnız Allahın bildiyi, Allahın gördüyü bir məqamı həkimin görəcəyindən qorxdum.Elə bildim ki, ürəyimin içindəki səni o da görəcək. Amma şükürlər olsun ki, Allahın gördüyünü o görə bilmədi.Əgər görsəydi, ən azından bir eyham vurardu, ya da gördüsə də, özünü ağayana apardı, büruzə vermədi.Hər halda mən rahat oldum. Çünki səni kiminsə görməsini heç vaxt istəməmişəm. Ənazından ona görə ki, sən həm ümidsən, həm güvəncsən, həm şeirsən, həm yaşamsan,həm də elə mənim özümsən. Deməli, bu əməliyyatdan ikimiz birlikdə çıxırdıq. Necədeyərlər, xeyirlisi-uğurlusu nədisə və bir də taleyimizə nə yazılıbdısa onu yaşadıqvə yəqin ki, bundan sonra da yaşayacağıq…

Mənim hesabımla40-45 dəqiqə çəkən bu prosesdən sonra yenidən xərək arabada məni palataya qaytardılar.Artıq bu dəfə tibb işçiləri əllərinin üstündə məni yatağa uzatdılar. Tərpənməməyitəkrar-təkrar tapşıran həkim uzandığım vəziyyətdə ən azı 6 saat qalmalı olduğumusöylədi. Məndən sonra əməliyyata alınacaq xəstə üzümə baxdı. Mexaniki olaraq mənözümdən öncə mənə söylənilən fikri, yəni sözləri təkrar etdim:

- Qorxmayın, qorxmalıbir şey yoxdu.

Həmin xəstə də eynənmənim kimi əməliyyat otağına aparıldı. Mən isə dediyim sözün ona hansı təsir etdiyini,ona ümid verib-vermədiyini bilmədim. Çünki qorxulu olmasa da, ağrılı bir prosesidi. Və yavaş-yavaş güclənən ağrı məni uzananvəziyyətdə dayanmağa qoymurdu. Odur ki, özümü unudub həkimin qadağasına baxmayaraqçabaladım. Yanımdakı xəstənin etiraz səsini eşidən tibb işçiləri dərhal mənə yaxınlaşdılar.Qanaxma baş vermişdi. Təkrar əməliyyat otağı, təkrar müdaxilələr və indi həkiminbir az qəzəbli və sərt tapşırığı:

- Günahkar özünüzsünüz.İndi daha 6 saat da uzanası olacaqsınız. Deməli, üst-üstə 12 saat kürəyimlə çarpayınıisidə-isidə bu ağrılara dözməli idim. Bunadözmək o qədər də asan deyildi. Yavaşca yanımdakı tibb işçisindən xahiş etdim ki,yastığımın altındakı qələm-dəftəri və bir də pəncərə önünə qoyduğum eynəyi mənəversin. Başını bulayıb bir söz deməyən tibb işçisiistəyimi yerinə yetirdi. Mən onun nəyə işarə vurduğunu anlasam da, yazmaya bilməzdim.

Ağız dolusu təriflədilər

birnəfəsə

təqdim etdilər

öz işində

uzmandı! –dedilər.

mən də

bütün eşidənlər də

inandı…

düşündüm

bu ki,

böyük loğmandı

deməli,

ürəyimin içini görəcək!..

məni

o anadək

yaşamadığım

bir həyəcan

göz görəti

əsir aldı

əlim

ürəyimin üstə qaldı…

qorxdum ki,

Allahdan başqa

kimsənin

görmədiyi,

bilmədiyi

səni nəhayət ki,

o görəcək

və məni

sevməyəni

ürəyimdə yaşatdığımı

ağrı sayacaq

hər kəs də

dərdimin tapıldığına

inanacaq…

Amma

bu uzman,

bu loğman

dörd tərəfdən

baxıb

ürəyimin şəkliniçəkib

axırda başını buladı

və yerindən qalxdı

çıxa bilərsən! –deyib

növbəti xəstəni

içəri çağırdı.

düşündüm ki,

Əli Kərim demiş,

vəziyyət ağırdı

amma

əlimdəki reseptdən

ordan üzümə

bir söz baxırdı:

- Dəli!!!

***

İnsan öncə öz doğulduğuyerdə, öz ocağında güclü olur, özünü hər şeyə qadir sayır. Amma doğma ünvandan biraz uzaqda, özü də xəstəxanada olanda elə bil ki, əlindən bütün gücünü, dözümünü, təpərini qeyri-ixtiyariolaraq alırlar. O qədər fağır, o qədər zəifolursan ki, hər şey, hər bir söz, hər bir hərəkət həm səndə qıcıq yaradır,həm də sənə mütləq təsir edir. Hətta başqabirisinin ünvanına deyilən fikir də, başqa birisinə ünvanlanan sərt baxış da hardasasənin özünə ünvanlanmış, deyilmiş kimi bir iz buraxır. Nə qədər çalışsan da bu sıxıntıdanözünü çıxara bilmirsən. Şəxsən mənhəmin o xəstəxana otağındaykənözümü bir adada olduğumkimi hissedirdim. Doğrudu, həkimdə, digər tibb işçiləri də, hətta mənimlə bir palatda yatan xəstə və ona baş çəkməyəgələnlərdə mənimlə maraqlanır, kimliyimi, hardangəldiyimi bilib xüsusi bir sevgi büruzə verirdilər. Etiraf edim ki, bu doğrudan-doğruyaqürurverici bir hal idi. Ancaq əvvəldə dediyim kimi, içimdəki o həssas nöqtə mənirahat buraxmırdı. Unudulduğum, yada düşmədiyim, maraq dairəsində olmadığım, birsözlə, dediyim kimi adada tək, tənha yerlə göy arasında qalmış bir Allah bəndəsinin nələr yaşadığını,nələr duyduğunu mən orda anbaan yaşadım və duydum. Şükr etdiyim bir məqam var idi.O da Allahımın böyüklüyü və məni bu əməliyyata qədər müşayiət edən can dostlarım, ürək parçalarım. Ammaneyləyim ki, bu məqamda onlar da qərib idi… onlar da xəstəxananın foyesində mənimyaşadıqlarımı, mənim çəkdiklərimi yaşayırvə çəkirdilər.

Bax, bütün bu anlatdıqlarımbəlkə də oxucu üçün o qədər də maraqlı deyil. Mən bu özəl yazımla onları hardasayükləmiş oluram. Amma gəlin bir-birimizi dürüst anlayaq. Azacıq ruhu, duyğusu olanadamlar içini bölüşməyəndə daha çox ağrıyırlar. Mən də az-çox söz yaza bildiyimdəngüvənc yeri olan sizlərlə içimi bölüşürəm və düşünürəm ki, bu ərkimi, bu yanaşmamınormal qarşılayacaqsınız və bu yazı sizi sıxmayacaq. Hər halda, bu bir insanın, bu bir əməliyyat keçirmiş adamın özünədönüşü kimi bir şeydi. Yəqin ki, mənim özümə dönməyim kimlərinsə haqqını tapdamaqvə yaxud da kimlərəsə yük olmaq hesab edilməyəcək. Ən azından ona görə ki, hər kəsinözəl yeri Allah tərəfindən müəyyənləşir. Kimsə kiminsə yerində dura bilməz. Necədeyərlər,kimsə kiminsə ayaqqabısını geyinə bilər,amam onun yerişini yeriyə bilməz. Nə isə…

Hə, bu yazının sonundamən elə 12 saat kürəyi üstə qaldığım çarpayıda dəftərçəmə qeyd etdiyim əyri-üyrü xətlərin şəklini şeirəçevirirəm və istəyirəm ki, siz də, mən də, bizim dua etdiklərimz də və bütövlükdəsizin də, mənim də içimdə ümidimz də heç vaxt kimsəsizliyin, unudulmağın, yol gözləməyin,telefona göz dikməyin nigarançılığını yaşamayaq. Hər halda, mən bunu istədiyimdən yazıram. Eləbu şeiri də!..

Xəstəxana çarpayısı

çevrəmdə fırlanan

ağxalatlılar…

onlar öz işində–

sakit və rahat

mən

əməliyyat gözləyənxəstə

gözümün önündən

gəlib keçir

bugünə qədər

yaşadığım həyat…

diqqətim

və bütün fikrim

eşidəcəyim

ilk səsdə…

mən…

xəstəxana çarpayısı…

ağxalatlılar –

sən,

eşitmək istədiyimsəs

sıxır məni bu qəfəs

gəl,

əlimdən tut

çıxarıb məni burdanapar!..

P.S. Təkrar olsada, yenə bu yazıda fikirlərimi bölüşdüyüm dəyərli oxucu əgər narazı qaldınsa, mənibağışla, səni ağrılarımla baş-başa buraxdığıma görə!


TƏQVİM / ARXİV