...Son vaxtlar nədənsə xatirələr məni daha tez-tez özümə çəkir. Bilmirəm ətrafımda yaranan müəyyən boşluqdanmı, yoxsa itkilərdənmi... Hər nədəndisə keçmiş daha şirin görünür mənə. Elə bil bütün varlığım, ruhum, canım elə o keçmişdə qalıb. İndi özümlə birlikdə quru cismimi gəzdirirəm. Deyəsən bunu evdəkilər də hiss edir. Çünki get-gedə laqeydləşməyim, hansısa bir sorğuya, məsələyə münasibət bildirməməyim onları həm təəccübləndirir, həm də hiss edirəm ki, bir az da sevindirir. Çünki bir-biri ilə pıçıldaşmalarından bunu anlamışam və bilmişəm ki, onların işinə az müdaxilə etməyim deyəsən ürəklərincədi...
Həmkarlarım adət üzrə maraqlı bir mövzu tapanda və yaxud hansısa bir diqqəti çəkən yazını görəndə dərhal bir-birinə bu barədə çox açıq ürəklə məlumat verir. Bu, görünür bizim illərin tərbiyəsindən irəli gələn xüsusiyyətdir. Çünki yaşıdlarımız sovet dönəmində hanısısa bir maraqlı məqaləni, povesti, kitabı oxuyanda dərhal onu başqalarının da oxuması üçün açıq ürəklə təbliğ edirdi. Hətta bəzən özü gətirib həmin kitabı bağışlayırdı ki, "bunu oxumaq məsləhətdi". Biz o tərbiyənin, o kitabların içərisindən keçib gəldik, ona görə də içimizdə paxıllığa, xudbinliyə, naqisliyə o qədər də yer qalmadı. Kim məni qınayır qınasın, fərq etməz. Zənnimcə, sovet dövrünün mütaliə mədəniyyəti bu gün ən çox həsrətini çəkdiyimiz və bizə daha çox lazım olan bir ehtiyacdı. Əslində dilsiz saylılan kitablar öz vərəqləri arasında gizlətdikləri sehrlə bizlərə həyat dərsi keçirdi. Həm söz ehtiyatımız artırdı, həm dünya görüşümüz, həm də insanlaşmağımız rəvan gedirdi. Təəssüf ki, indii biz, o cümlədən də mən bu barədə ancaq xatirə danışırıq, xatirə yazırıq. Xatirələr isə bir an nəyisə dəyişir. O bir an bir ömür deyil. Doğrudur, bəzən bir anın hikməti, hökmü bir ömrə bəs edir, amma gəlin razılaşaq ki, hər anın öz hökmü olmaqla yanaşı, hər ömrün də öz məna çalarları var. Bunlar paralel olanda həyat daha mənalı, daha yaşamalı olur.
Bu günlərdə iş otağıma təşrif buyuran bir çörəyi qəzetdən çıxan və özünü hər yerdə redaktor kimi təqdim edən orta yaşlı "həmkarım" özündən razı halda bir-iki məsələyə münasibət bildirdi. Doğrusu, onun bu "ağsaqqalyana" mülahizələri məndə bir çaşqınlıq yaratdı. Öncə anlaya bilmədim ki, o söhbət etməyə gəlib, yoxsa məsləhət almağa. Çünki söhbəti ilə məsləhət istəyi arasında heç bir bağlantı, heç bir əlaqə yox idi. Əksinə, burada daha çox hər şeyi bilmək, hər şeydən xəbərdar olmaq və onun özünün dediyi kimi, "qəzeti ilə ən böyük məmurları belə yerində oturtmaq" görüntüləri özünü büru zə verirdi. Xeyli danışdı və mən də ev sahibi kimi onu axıra kimi dinləməyə məcbur oldum. Dinləyə-dinləyə də bu anormallığa, bu sayğısızlığa içimdə bir üsyan etdim. Yadıma Azərbaycan mətbuatının işıqlı simaları, qələmi ilə şəxsiyyəti üst-üstə düşən bütöv bir orqanizmi xatırladan aydınlar düşdü və təəssüf etdim...
Təəssüf etdim ki, mətbuatımız niyə bu günə qaldı? Niyə özünün, sözünün yerini bilməyənlər, hətta nə istədiyini kağıza köçürmək qabiliyyəti olmayanlar indi o böyük məktəbin, sənətin, işıqlı insanların ruhunu narahat edirlər. Qoymurlar insanlar öz bacarıqları, öz istedadları ilə millətə, məmləkətə xidmət etsinlər. Bəlkə bu başıpozuqluğu yaradanlar var? Bəlkə doğrudan da kimlər üçünsə bu mətbuat dünyasındakı özbaşınalıq, sahibsizlik sərfəlidir? Ümumiyyətlə, bu dövrün uzanması kimlərinsə xeyrinə, məramına hesablanıb? Nə bilim vallah... Sadəcə bildiyim odur ki, böyük söz, böyük mətbuat çox əzablı, məşəqqətli zaman yaşayır. Elə bir zaman ki, onun əvvəlki kimi öz ayaqları üstündə duracağına adamda ümidsizlik yaradır. Ümidsizlik isə heç vaxt yaxşı nəticə ilə sonuclanmayıb...
Bəli, bizlər illərin, ayların sınağını həmişə ağayana, mərdi-mərdanə qarşılamağı bacarmışıq. Çünki təkcə özümüzə deyil, həm də bizimlə çiyindaş olanlar inanmışıq, güvənmişik. Bilmişik ki, çevrəmizdə olanlar bizimlə bahəm bizim də yaxşı olmağımızı istəyənlərdi. Ən azı ona görə ki, biz hamımız eyni işi görürük, eyni məqsədə, eyni mərama qulluq edirik. Bu gün isə seçim etmək, hətta səninlə bir işi görən insana bütünlüklə güvənmək çox çətin olub. bu çətinliklərdən baş açmağa isə zaman ehtiyacı var. Neyləyək ki, bu zaman da durub gözləmir...
gəl, aldadaq, allanaq
özümüz xəyallara...
düşünmədən yollanaq
aparsa xəyal hara...
gedək geri baxmadan
keçilməmiş yol açaq
önümüzə çıxanın
hamısına qol açaq...
unudaq Tanırımızdan
başqa bütün dünyanı
bir də böyük sevgini
bizim kimi duyanı...
gəl, aldadaq, allanaq
qurduğumuz xəyalla
özümüz də inananaq
xəyaldakı hər ana...
Şəhərin bütün mənzərəsini göz önünə gətirəndə təəccübqarışıq bir təəsüf də yaşayıram. Çünki günbəgün qədim Bakıdan uzaqlaşırıq. Köhnə Bakı indi o qədər əlçatmaz olub ki, heç təsəvvürə də gətirmək mümkün deyil. Yaxşı ki, köhnə Bakını özündə yaşadan köhnə filmlər, köhnə lent yazıları var. Hər dəfə telekanallarda və yaxud hansısa bir tədbirdə o kadrları izələyəndə adamın içindən son dərəcə kövrək, səmimi, ilıq bir duyğu ötüb keçir. İstər-istəməz duyğulanırsan və loru dildə desəm, az qala o köhnə Bakı üçün, o köhnə şəhər üçün adamın burnunun ucu göynəyir. Trolleybusları, tramvayları və bir də küçələri yuyan su çiləyən maşınları ilə birlikdə bu şəhər indi bizdən o qədər uzaq düşüb ki, hərdən ona heç adamın qanı da qaynamır. Elə bil özgə bir ölkədə, özgə bir şəhərdəsən. Sadəcə bu özgə ölkənin özgə şəhərində bir az öz dilimizdə, bir az da əcnəbilərin dilində danışa-danışa yaşayırıq... Yaşayırıqmı?..
Küçələri keçirəm, rastalaşdığın insanların davranışı, hətta geyimləri belə, məni özünə çəkmir. Çünki nə o geyimlərdə, nə o davranışlarda həmin o köhnə Bakının heç bir ştrixinə, heç bir elementinə rast gəlmək mümkün deyil. şəhərin küçələrində indii xanımlar, qızlar kişilərdən daha gur səslə danışıb gülürlər. İndi metroda, avtobusda daha çox qızlar, qadınlar kişilərə yer göstərirlər. Çox qəribədir. İndi şəhərin küçələri ilə gəzişən cavanların çırasında etinasız şəkildə siqaretin külünü hara gəldi çırpan gözəllərin sayı yaman çoxalıb. Amma heç yaraşmır nə özlərinə, nə də Bakıya. Elə bil ki, bu şəhər adamları ilə bir yerdə Avropa deyilən nədirsə onunla yarışa çıxıb. Amma nahaq yerə. Hər kəs öz yerişini, öz yolunu gedəndə nə büdrəmir, nə yıxılmır, nə də heç bir yeri ağrımır. Təəssüf ki, buna bilə-bilə əməl etmirik. Amma görəsən niyə?..
İndi yeni Bakının köhnə bir sakini ilə köhnə günlərdən söhbət edirəm. Danışdıqca onun gözlərinə, əllərinə fikir verirəm, gözlərində işıq artır, əlləri titrəyir. Səbəbi məlumdur: - Keçmiş onu yaşadır! Keçmiş onu özünə qaytarır və o dünəninə qayıda-qayıda özü də dünənki kişi olur. Bax, bu qayıdış da onu həyəcanlandırır. Amma neyləsin ki, o dünəndə qala bilməyəcək. Çünki bu xəyali qayıdışdı. Təsəlli üçün, ömrü bir qədər uzatmaq üçün olan qayıdışdı. Və nə yaxşı ki, bu qaydış imkanı onda hələ qalır və özü də vurğulayır ki, köhnələrlə (köhnə kişiləri nəzərdə tutur- Ə.M) hər görüşəndə ömrüm bir az uzanır, bir az özümə, bu günlərimə şükürlər edirəm. Onu qınamıram, əksinə onunla razılaşıram. Çünki mən də o qayıdışla yaşayanlardanam. Məni də yaşadan həmin o dünəndə qalanlar və onların xatirələridi.
nəsə demək mümkün deyi
ağlamalı bir gündəyəm
tərkində getdiyim dərdi-
saxlamalı bir gündəyəm.
sirr açmaq ölüm deməkdi
açılsa külüm də yanar
şahidim ancaq fələkdi
mənə özgə kim inanar?..
ürəyim şamdı, ya məşəl
bilmirəm necə görünüm
mələksən, yoxsa bəşər-
yanınca kölgəm sürünür.
nəsə demək mümkün deyil
dəlilikdən keçib daha...
yalvarış eləmir xeyir-
mənimki qalıb Allaha!..
***
İstənilən məsələ diqqəti çəkərsə böyüyub fil boydad ola bilər və yaxud da əksin. Deməli, burada başlıca şərt həmin məsəlyə verilən reaksiya, göstərilən münasibətdən asılıdır. Yəni eşidən, dinləyən və yaxud o məsələni gündəmə gətirən onu hansı səviyyədə qəbul edirsə, o cür də görünür. Təəssüf ki, bəzən o qədər mənasız, məzmunsuz məsələləri gündəmə gətirir, onun ətrafında şoular yaradırlar ki, eşidəndə, baxanda adamın "əti tökülür". Bu mənada kiminsə özünə bahalı bir maşın alması və yaxud altı mərtəbəli partiya iqamətgahı tikdirməsi zənnimcə sıradan bir hadisədir. Və onun da əslində olub-olmaması daha çox sahibinə, aid olduğu kəslər üçün maraqlıdı. Mətbuat, jurnalist bunu sadəcə informasiya kimi dəyərləndirir, görür. Laikn həmişə belə olmur...
Həmin o xırda hadisə az qala aylarla gündəmi tutur və o qədər şişirdilir ki, məmləkətin ən böyük acısı olan Qarabağ da bəzən onun kölgəsində qalır. Bu bir reallıqdı, ondan qaçmaq mümkün deyil.Çünki ondan qaçmağa yerdə yoxdu və ondan qaçmağa imkan da verilmir...
İndii xatirələrin güc gəldiyi anda həmin gündəm məsələsini elə-belə xatırlatmadım. Ona görə xatırlatdım ki, zamanında bu gün də xatirəyə çevriləcək və bu gün burnumuzun ucunu göynədən dünənin şirinliyi, dünənin köhnə Bakısı öz ağuşuna indi barəsində danışdıqlarımızı da alacaq. Xatirələr bir-birinə qovuşacaq, zaman öz axarında olacaqdı. O axara baxanların ümidi yəqin ki, yaşayacaq. Çünki ümidsizlik xatirələrsiz qalmağa da yol aça bilər. Bundan qaçmaq, qorunmaq lazımdır. Qayıdışa, sabaha inanmaq ən önəmli şərtdi.
fikirlər qəlpə-qəlpə
səpələnir üstümə
çarmıxa çəkilmişəm-
əllərimi istəmə...
"olum-ölüm" arası
iynə boyu-
bu bəlli...
ölçüsüz dərdlərimdən
tapıram mən təsəlli...
çiliklənən ümidi
ölüm-itimə çıxma...
xəyal ki, ölmür, gülüm-
mən dönəcəm!-
darıxma...