adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

YƏHUDiLƏRiN VƏFASI

SEYFƏDDİN ALTAYLI
52417 | 2010-06-05 01:40
Vəfa duyğusu, Tanrının insanlara verdiyi ən gözəl fəzilətlərdən biridir.
   
   Fələstində İsrail tərəfindən blokadada saxlanan hər cürə yardıma möhtac olan insanlara bəşəri yardım aparan Türk gəmilərinə İsrail hərbçilərinin üstəlik uluslar arası sularda hücum çəkməsi və insanların həlak olması dünyada insana yaraşan xüsusiyyətləri daşıyan hər bir şəxsi narahat etmişdir, incitmişdir.
   
   Təbii ki, məsələnin kökündə siyasi oyunlar dayanır. Türkiyə, yerləşdiyi bölgədə hər cürə rolu oynaya biləcək və oynaya bilən qüdrətli bir ölkəyə çevrilibdir, üstəlik günü gündən iqtisadi yöndən də inkişafdadır. Türkiyənin bu rolundan narahat olan, onun güclənməsindən bərk nigaran olan qüvvələr indiyə kimi çox şeyləri sınaqdan keçirdilər. 1960-80-ci illər arasında sağ-sol davasını qızışdırdılar və on mindən artıq Türk gənci, yəni qardaşlar bir-birinin qanını tökdü, on minlərlə insan yerindən yurdundan didərgin düşdü, axırda ordu məsələni həll etdi. Ancaq məlum qara qüvvələr bu mənasız vuruşmanın bir gün başa çatacağını başa düşüb ASALA adlı erməni terror təşkilatını sağ-sol davasına əlavə elədilər. 1974-cü ildə isə PKK təşkilatını yaratdılar, sonra isə Hizbullahı, lakin bunların heç biri istənən effekti vermədi və Türkiyəyə milyard dolarlarla ziyan vursa da iqtisadi inkişafına mane ola, milli-mənəvi birliyini sarsıda bilmədi. Bir vaxtlar Bolqarıstandaki Türklərin kütləvi sürgününü, sonra Yunanıstanla, Hafiz Əsədin Suriyası, Səddam Hüseynin İraqı ilə hərbi qarşıdurmanı sınadılar. Türkiyə, minillərin dövlət təcrübəsi ilə onların oyununu pozdu. Axırda yeni bir maşaya əl atdılar, İsrailə. Netenyahunun İsraili məlum hadisəni yaratdı.
   
   Əhali sayı yeddi milyon yarım olan İsrail, iki yüz milyondan artıq olan ərəb dünyasını onu hər yönüylə dəstəkləyən başda ABŞ və digər ölkələrdə yaşayan və həmin dövlətlərin siyasət gəmisinin idarə mexanizmində iştirak edən yəhudi mənşəli varlıları və siyasətçilərinin də dayağı ilə qarşısında diz çökdürüb. İsrailoğullarının fanatları Nil çayından Fərata kimi olan torpaqları Tanrının özlərinə bağışladığını iddia edərək bu xəyalı gerçəkləşdirməyin yuxusunu görür. Bu yuxunun gerçəkləşməsi üçün öncə Lübnan, İordaniya, Suriyə, Misir və İraqı budadılar, qarşılarında Türkiyə qalıb. ABŞ, dünya hakimiyyətini davam etdirmək, dünyanın energi mənbələrinə nəzarət etmək üçün İsraildən maşa kimi istifadə edir, İsrail də Amerikanın gücündən yararlanıb ərz-i Məbudu (Təhrif edilmiş Tövrata görə Tanrının özlərinə vəd etdiyi torpaqlar) gerçəkləşdirmək utopiyasının ardına düşüb. İngiltərə də Böyük Britaniya İmperiyasının təkrarən yaradılması məqsədiylə bu ikilinin yanında yer tutub. Orta və Yaxınşərq bölgəsindəki dövlətlərin üzləşdikləri bütün oyunlarda bu üçlüyün qurduğu planlar və barmağı səbəbkardır.
   
   Hamıya məlumdur ki, Osmanlı Dövləti başda Kəbə olmaqla müqəddəs torpaqları qorumaq, İslam dünyasını vəhdət halda saxlamaq üçün dünyanın qarşısında yüzillər boyu öz sözünü dedi. Hakim olduğu üç qitədə nəinki Türk olmayan ancaq müsəlman olan xalqlar, Xiristian, Musəvi və digər dinlərə, inanclara malik bütün xalqlara insan kimi yanaşdı, onların dillərinə, dinlərinə, mədəniyyətlərinə, bəşəri hüquqlarına toxunulmasına icazə vermədi. Onun hakim olduğu bu yerlərdə hamı dinclik içində firavan və asudə bir ömür sürdü. Haçan ki, Osmanlı Dövlətinin gücü azalmağa başladı həmin bölgələrdə imperiya siyasəti güdən dövlətlərin qızışdırmasıyla milli müstəqillik küləkləri əsməyə və məsum insanların qanı tökülməyə, bu imperialist ölkələrin işğal siyasətləri başladı. Sina yarımadası və Fələstin torpaqları, başda Bəsrə olmaqla İraqın birçox bölgəsi Osmanlı Padşahı II-ci əbdülhəmidin şəxsi mülki idi. Bunu sübut edən sənəd bugün də saxlanılır. Türk əsgərləri, dindaşları olan ərəblərin torpaqlarını, bəşəriyyətə axırıncı din kimi Allah tərəfindən yollanmış İslam dinini mənimsəmiş bu insanların canını, malını, namusunu qorumaq üçün Fizanda, Yəməndə, Fələstində, Əlcəzairdə, Libyada və digər yerlərdə öz müqəddəs canlarını verdilər, qanlarını tökdülər. Oralara yollanan əsgərlərimiz üçün xalq mahnıları qoşuldu.
   
   
   
   Bura Yəməndir,
   
   gülü çəməndir
   
   Gedən gəlmiyor,
   
   əcəb nədəndir?!
   
   
   
   Onlar Yəmənə, Fizana getdilər və bir daha qayıtmadılar. İşin ən dəhşətli tərəfi isə bu əsgərlərimizin cəbhə xəttində, İngilislərdən, İtaliyanlardan və özgələrindən aldıqları pulların xətirinə ərəb dindaşlarımız tərəfindən arxadan güllələnməsiydi. Trablus və Dəhnə döyüşlərində ön cərgədə Türk əsgərləri, arxa cəbhədə ərəb əsgərləri yerləşmişdi. Həmin əsgərlərin mənsubu olduqları tayfaların şeyxləri, imperialistlərdən aldıqları qızılların hesabına Türk əsgərlərinin arxadan güllələnməsi əmrini vermişdi və onlar da bu əmri yerinə yetirmişdi. Axırda ərəbistan yarımadası başda olmaqla digər yerlərdə Osmanlı dövləti məğlub oldu, əsgərlərimiz geri çəkildi. Bizim çəkildiyimiz yerləri İngilislər, Fransızlar, İtaliyanlar və digərləri doldurdu. O vaxtlar müttəfiqi olduqları imperialist orduları, Birinci və İkinci Dünya Müharibələrindən sonra mərhələli olaraq onlara öz müstəqilliklərini vermək və buralardan çıxmaq məcburiyyətində qaldılar. Lakin buralar onların əlinə keçməliydi, çünkü buralara hakim olanlar energi yollarını ələ keçirəcək və dünyada hər sözü ötən bir qüvvəyə çevriləcəkdi. Şahları, Səddamları, Sədatları çiyinlərindən tutub bu ölkələrin taxtına oturtdular və günü gələnə kimi onları qorudular, saxladılar. Günü gəldikdə isə sözlərinə baxmadığına vəya özgə mülahizələrə görə bəzilərini öz adamlarına güllələtdilər, bəzilərini İslam İnqilabı adına, ya da kütləvi qırğın silahlarına malikdir deyə aradan götürdülər. Sonra da, 19-cu əsrin sonlarında, 20-ci əsrin başlarında olan kimi yenə gəlib bu torpaqları işğal etdilər. O vaxt müttəfiq kimi gəldikləri yerlərə bu dəfə işğalçı kimi gəldilər və sadəcə olaraq İraqda hər gün orta hesabla yüz insan həlak olur. Bu qüvvələrin sözünün qarşısında söz demək cəhdinə düşən yoxdur, ancaq bunlar imperialistləri qane etmir. Öncə öz adamları olan əhmədinəjadı nüvə silahına yiyələnmək siyasətinə yönəltdilər və ikinci Səddam kimi onu da həll edib İranı dağıtmaq, sonra isə Türkiyəyə üz tutmaq planını həyata keçirməğə başladılar. Onlar əgər İranı da İraq kimi etsələr bundan ən çox ziyanı Türkiyə və Azərbaycan çəkəcəkdi, çünkü İrandan qopacaq qaçqın dalğaları milyonlarla olacaq, Türkiyə və Azərbaycan iqtisadiyyatı məhv olacaqdı. Türkiyə buna mane oldu və dünya siyasət arenasında böyük nüfuz və güc qazandı. Bu da cənab imperialistlərin xoşuna gəlmədi və bu dəfə ayrı bir maşanı, İsraili işə saldılar. Türkiyə bunu da layığınca yola salacaqdı.
   
   Yəhudiləri 1493-cü ildə İspaniyalıların kütləvi qırğınından Osmanlı Dövləti, 1940-cı illərdə də on minlərləsini Hitlerin soyqırımından Türkiyə xilas etdi. İsrailoğulları, özlərini soyqırımdan xilas edən bir millətə qarşı bu vəfasızlığı göstərməməliydi. Xilaskara vəfasızlığı Tanrı bağışlamır. ərəblərin vəfasızlığı axırda onlara acı həqiqəti qorxunc şəkildə göstərdi. Tanrı tərəfindən lənətlənməsinə baxmayaraq İsrailoğullarına bəşəri duyğularla yanaşıb onları qırğından qurtaran Türklərə vəfasızlığı nə Tanrı bağışlayar, nə Türklər..!

TƏQVİM / ARXİV