adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

İnqilabçı, səfir və yaraşıqlı Aleksandra Kollontayın təzadlı həyat hekayəsi

SAMİRƏ ƏŞRƏF
25131 | 2015-04-02 09:43
Aleksandra Kollontay 1872-ci il aprel ayının 1-də varlı general ailəsində dünyaya göz açıb. Onun atası Mixail Domontoviç general polkovnik, anası Massalin Mravinskaya isə evdar qadın olub. Aleksandranın anası Mixaillə tanış olduğu zaman o, boşanmış və üç uşaqlı dul qadın olur. Buna baxmayaraq qırx yaşlı polkovnik çox bəyəndiyi bu qadınla ailə həyatı qurur. Və onların ilk övladı Aleksandra dünyaya gəlir. Aleksandra ailədə dördüncü uşaq olsa da, atasının qəlbində birinci və sevimli olur. O, təhsilini evdə müəllimlər tərəfindən alır. Peterburq kişi gimnaziyasında müvəfəqiyyətlə imtahan verən Aleksandra gimnaziya təhsili alan digərlərindən daha yaxşı nəticələr göstərir və attestat alır. On altı yaşı olanda Aleksandra rəqsə hədsiz maraq göstərir. Şəhərdə keçirilən bütün bal şənliklərinin ən yaxşı rəqqasəsi olan Aleksandranın patrnyoru gənc və yaraşıqlı Vanya Draqomirov olur. Onlar hər zaman ən yaxşı cütlük kimi nəzəri cəlb edirlər. Aleksandraya dəlicəsinə aşiq olan Vanya eyni hisslərin qarşı tərəfdən də on qarşı bəsləndiyini zənn edir. Lakin, öz ürəyini sevdiyi xanıma açdığı zaman Vanya etinasız gülüşlə qarşılaşır. Və bu gülüş faciə ilə nəticələnir. Evə döndükdən sonra Vanya heç bir tərəddüdə qapılmadan güllə ilə ürəyini nişan alır. Onun intihar xəbəri Aleksandraya çox pis təsir edir və özünü onun ölümündə günahkar hesab edir.

Valideynləri təslim edən məhəbbət

Bir müddət sonra III Aleksandrın adyutantı general Tutolmin Aleksandraya evlilik təklifi edir. Lakin, gözlənilmədən bu təklifə rədd cavabı alır. Mixail Domontoviç işləri ilə əlaqədar Tiflisə səfər etməli olur. O, bu səfərə gedərkən qızını da özü ilə aparır. Tiflidsdə Aleksandra atasının yaxın qohumlarından biri olan qarasaçlı, yaraşıqlı, gülərüz ofiser Vladimir Kollontoyla tanış olur. Vladimir elə ilk vaxtlardan damarlarında alman, rus, fin qanı axan bu ecaskar qadına aşiq olduğunu anlayır. Bir müddətdən sonra Aleksandra paytaxta geri dönür. Vladimir də onun ardınca gedib hərbi-mühənddislik fakültəsinə daxil olur. Cütlüyün evlənməsinə qarşı valideynlər tərəfindən sərt reaksiya gəlir. Aleksandranın atası qohumunun onun qızı ilə evlənməsini məqbul saymır. Və Vladimiri onlarala bir ictimai mövqeyə layiq olmadığını bildirir. Qıznının Vladimiri unutması üçün isə onu özü ilə birlikdə Parisə ordan isə Berlinə aparır. Avropa Aleksandra üçün Rusiyadan daha cəlbedici və xoşagələn olur. Burada o, qadağan olunmuş ədəbiyyatla tanış olur. Klara Setkini tanıyır.
Sevgilisndən ayrılıq onun üçün unutqanlıq yox, əksinə Vladimirə daha dərindən bağlılıq bəxş edir. Valideynlər qızlarının sevgisi qarşında təslim olurlar. Onlar ailə qurduqdan sonra bir müddət çox mehriban ömür sürürlər. Vladimir həddindən artıq mehriban və qayğıkeş ər olur. Sevdiyi qadının bütün istəklərini yerinə yetirir. Lakin, Aleksandra həmişə nədənsə narazı olur. Atasının şərəfinə Mixail adı verdiyi oğlunun bir yaşı tamam olmamış o, içtimai kitabxanada işə düzəlir. Daha sonra ərinin yaxın dostu olan Aleksandr Satkeviçlə tanış olur. O, çox istəyir ki, yaxın rəfiqəsi Zinaidanın Aleksandr ilə ailə qursun. Hətta bunun üçün öz evini də onların ixtiyarına verir. Lakin, iş elə gətirir ki, Satkeviç Zinaidanın əvəzinə Aleksandraya aşiq olur. Satkeviçə biganə qalmadığı üçün Aleksandra ailə həyatına son verib evindən ayrılır. İyirmi altı yaşlı Aleksandra hələ çox körpə olan oğlunu valideynlərinə təslim edib ölkəni tərk edərək İsveçrəyə getsə də sonradan ərinin ağır vəziyyətdə xəstələndiyini xəbər alıb onun yanına qayıdır. Bir müddət onun qulluğunda dayansa da Kontollay yenidən İsveçrəyə qayıtmalı olur. Vladimir bir neçə dəfə onu geri qaytarmağa cəhd edən məktublar yazır. Aleksandra isə bununla razılaşmır. Və ailə həyatına birdəfəlik son qoymaq üçün ərindən boşanır.
İsveçrədə o, Roza Lüksemburq və Jenevida Plexanova ilə tanış olub dostlaşır. Atasının ölümündən sonra ona xeyli var dövlət və xudmani mülk qalır.
Tez-tez dəyişən uğursuz sevgililər...

Dəyişikliyə və yeniliyə can atan Aleksandra fəhlə və işçilərin yığıncağında qızğın və alovlu çıxış edir. Onun çıxışı Leninə qarşı əks qütbdə hərəkət edən sosial demokrat Pyotr Maslovun nəzərindən yayınmır. Onların dostluğu bir müddət sonra sevgiyə çevrilir. Həmişə Aleksandra ilə birlikdə olmağa can atan Pyotr da onu usandırır. Və iş elə gətirir ki, o, Berlinə köçür. Maslov da onun ardınca gedir. Daha sonra o, Parisə gəlir və burada onun ardınca gələn Maslovla olan münasibətinə son verir.
Bir çox mənbələr isə bu ayrılığa səbəbkar kimi Aleksandr Şlyapnikovu görürlər. Onlar mitinqdə tanış olurlar. Aleksandr onu inqilabçı və şən xasiyyəti ilə cəlb edir. Onlar xeyli vaxt görüşüb söhbətləşirlər. Lakin, Şlyapkinlə olan sevgi Aleksandranın gözlədiyi kimi uğurlu olmur. Və onlar ayrılırlar.
Birinci dünya müharibəsinin başlanmasından sonra Aleksandra İsveçdə olarkən menşeviklərdən və müharibəni dəstəkləyən Avropa Sosialist-Demokrat partiyasının sağ qanadından uzaqlaşır. Müharibənin İmperialist xarakter daşınmasının tənqid edilməsi Aleksandranı bolşeviklərlə yaxınlaşdırır. 1915-ci ildə qəti olaraq Bolşeviklərə qoşulur. Aktiv anti-militarist təbliğatına, xüsusən də 1914-cü ilin noyabrında isveç qəzetlərindən birində anti-hərbi məqalənin çapına görə isveş polisi tərəfindən tutulur, Malmyo qalasına gətirilir və bir müddət sonra İsveç krali V Qustavın şəxsi göstərişi ilə ölkədən çıxarılır. Kopenhagenə gəldikdən sonra Aleksandra Lenin ilə sıx əlaqələr qurur və onun xüsusi tapşırıqlarını yerinə yetirir.Lenin ona ciddi tapşırıqlar verir.
Tərkedilmiş qadın ağrısı və silahdan açılan ölümcül atəş...
Həmin tapşırığı yerinə yetirən zaman Aleksandra gənc inqilabçı Pavel Dıbenko ilə tanış olur.
Beləliklə Aleksandranın növbəti məhəbbətinin sahibi ondan nə az, nə çox on yeddi il kiçik olur. Buna baxmayaraq Aleksandra ilk dəfə güclü məhəbbətlə Paveli sevir. 1918-ci ilin mart ayında Dıbenko partiya sıralarından çıxarılaraq həbs olunur. Həbsdə olduğu müddətdə onu ziyarət edən Aleksandra Paveldən evlilik təklifi alar. Və həmin təklifi qəbul edir. Bir müddət sonra Aleksandranın da səyləri nəticəsində Pavel azadlığa buraxılır.
İşləri ilə əlaqədar olaraq cütlük başqa-başqa şəhərlərdə yaşamalı olurlar. Ara-sıra görüşdükləri zaman Aleksandra Pavelin münasibətlərindəki dəyişikliyi sezir. Bir gün isə təsadüfən Pavelin cibindən başqa qadınlara yazılmış məktublar tapır. Məktubları oxuyan Aleksandra dərindən sarsılır. Çünki, Pavel ona dediyi xoş və sevgi dolu sözlərin eynisi ilə də həmin qadınları vəsf edir.
Çox ağır günlər yaşayan Kollontay öz gündəliyinə bu sözləri yazır: "Həmişə mən tərk edirdim, başqaları tək qalırdı. Görünür indi də tək qalmaq növbəsi mənə çatıb. Çünki, Pavel məni tərk edir..."
Bir neçə gün o, səssiz-səmirsiz yoxa çıxmış Pavelin gəlişini gözləyir. Nəhayət o, gəlib çıxır. Aleksandra Pavelə bildirir ki, onların yolu artıq ayrılmalıdır. Pavel onun sözlərini qəbul edib getmək istəyəndə silah səsi eşidilir. Aleksandra pilləkanlarda yıxılıb qalır, Pavel isə sinəsindən yaralanmış halda döşəməyə sərilir. Sinəsindəki Qırmızı Əmək Ordeni Paveli qısqanc qadının əli ilə baş verəcək ölümdən xilas edir. Güllə ürəkdən yan keçir. Yollarını Pavellə həmişəlik ayıran 50 yaşlı Aleksandra bir müddət sonra özündə qüvvə tapıb yenidən partiya işləri ilə məşğul olur. Pavel bir neçə dəfə onunla barışmağa çalışsa da, o, buna iumkn vermir.

İlk səfir qadın

Stalinlə görüşüb söhbətləşən inqilabçı qadın ondan xahiş edir ki, onu xarici ölkəyə çıxması üçün şərait yaratsın. Stalin onun xahişini yerinə yetirir. Kollontay Norveçə yola salınır. Norveçə yenicə yerləşən və artıq xeyli tanınmış fiqur olan Kollontay Pavel Dıbenkodan hamilə qaldığını öyrənir. Dəhşətli vəziyyət yaranır. Norveçdəki xəstəxanaların birində ondan 23 yaş cavan Marselin köməkliyi ilə uşaqdan xilas olur. Və elə Norveçdə də onun üçün yeni diplomatik dövr başlayır. Bu sahədə isə sevgilisi Marsel ona yaxından köməklik edir. Belə ki, balıq alverində imzalanan kontraktlar və Norveçə gətirdiyi maliyyə uğuru onun diplomatik karyerasının başlanğıcını qoyur. Aleksandra Kollontay dünyanın ilk qadın səfiri kimi Norveçdə xeyli vaxt fəaliyyət göstərir. 1952-ci il martın 9-da isə 79 yaşında dünyasını dəyişir.
Deyilənlərə görə səksən yaşının tamamına az qalmış Aleksandra təqaüd ala bilmək üçün məmurların süründürməçiliyi ilə üzləşir və dərindən sarsılır. Ölümünə səbəb də məhz həmin proseselər olur. Həmçinin ölən gününə qədər o, gündəliyini yanından ayırmır.
Üç kitab və saysız məqalələrin müəllifi olan inqilabçı qadının gündəliyi sonradan kitab halında nəşr olunur.

TƏQVİM / ARXİV