adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Aprel 2015 23:15
1525
MƏMLƏKƏT
A- A+

3 ayda 6 milyon tondan çox neft satılıb

Mart ayında 119 min 382 ton dizel yanacağı və 31 min 341 ton təyyarə yanacağı ixrac edilib.


Adalet.az SOCAR-a i istinadən bildirir ki, ümumilikdə,  2015-ci ilin yanvar-mart ayları ərzində 284 min 609 ton dizel yanacağı, 63 min 811 ton təyyarə yanacağı və 178 ton soba mazutu ixrac edilib. 2015-ci ilin mart ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 592,36 dollar, təyyarə yanacağının - 539,78 dollar, dizel yanacağının - 509,47 dollar, 1% kükürdlü mazutun qiyməti 306,38 dollar təşkil edib.

 

 

Dövlət Neft Şirkəti 2015-ci ilin mart ayında Novorossiysk limanından 169 min 470 ton, Supsa limanından 254 min 3 ton, Ceyhan limanından 1 milyon 226 min 280 ton xam neft ixrac edib.

 

Ümümilikdə yanvar-mart ayları ərzində Novorossiysk limanından 423 min 785 ton,  Supsa limanından 762 min 290 ton, Ceyhan limanından isə 4 milyon 554 min 399 ton xam neft ixrac olunub.  SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.