adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
01 Aprel 2015 21:46
1709
DÜNYA
A- A+

Türkiyədə yeraltı şəhər aşkarlanıb

Şəhərin ümumi ərazisi 4,5 milyon kv.m təşkil edə bilər


Türk arxeoloqları Kappadokiya ətrafında yeraltı şəhər aşkarlayıblar. Bu şəhərin tunellərində minlərlə insan yerləşə bilər.

Geofiziklərin fikrincə,  aşkarlanmış şəhərin ümumi ərazisi 4,5 milyon kv.m təşkil edə bilər. Alimlər hesab edirlər ki, şəhər olduqca keyfiyyətli şəkildə salınıb, su kanalları və ventilyasiya şaxtaları ilə təchiz edilib. Şəhərdəki şərab emalı sexi və yeraltı kilsə günümüzədək qorunub saxlanıb.

Şəhər merliyi burada "dünyanın ən qədim parkı”nı salmağı  planlaşdırır.