adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Aprel 2015 21:07
1539
DÜNYA
A- A+

Türkiyədə öldürülən prokurorun adı ədliyyə binasına veriləcək

Dünən İstanbulun Çağlayan Ədliyyə Sarayında yaşanan terror aktında həlak olan prokuror Məhmət Səlim Kirazın adı əbədiləşdiriləcək.

 

Adalet.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, prokurorun adı Çağlayan Ədliyyə Sarayına veriləcək. Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu prokurorun dəfnindən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Çağlayan Ədliyyəsinin adı dəyişdirilərək Məhmət Səlim Kiraz Ədliyyə Sarayı olacaq.