adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
01 Aprel 2015 20:59
1934
MƏMLƏKƏT
A- A+

Dubay əmiri Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş naziri, Dubayın əmiri şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum Şəhidlər xiyabanını ziyarət edib.


Adalet.az-ın verdiyi xəbərə görə, şeyx Məhəmməd bin-Rəşid Əl-Maktum  şəhidlərin məzarlarını ziyarət edib, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

 

Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.