adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Aprel 2015 18:30
1389
DÜNYA
A- A+

Zaur Dadayev Nemtsovu qətlə yetirdiyini inkar etdi

Rusiyalı siyasətçi Boris Nemtsovu qətlə yetirməkdə ittiham olunan Zaur Dadayev günahını inkar edib.


Apa-nın "RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Moskva şəhər Məhkəməsində keçirilən prosesdə Z. Dadayev qətl baş verən zaman şəhərin başqa rayonunda olduğunu bildirib.

"Şahidlərim və alibim var”, - deyə o vurğulayıb.

Qeyd edək ki, məhkəmə prosesi zamanı Rusiya İstintaq Komitəsinin nümayəndəsi bildirib ki, Z. Dadayev özünün və digər təqsirləndirilən şəxslərin cinayət törətdiyini etiraf edib. O qeyd edib ki,təqsirləndirilən Həmzət Baxayevin cinayətdə əlinin olması Z. Dadayevin ifadəsi ilə təsdiqlənib. Öz növbəsində Z. Dadayev bu ifadələri təzyiq altında verdiyini bəyan edib.

Xatırladaq ki, B. Nemtsov fevralın 27-də gecə saatlarında Kremlin yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Hadisə baş verən zaman onun yanında ukraynalı fotomodel Anna Duritskaya olub. Rusiya İstintaq Komitəsi B. Nemtsovun qətlində 5 nəfərin şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb. Martın 8-də Basman Rayon Məhkəməsinin qərarı ilə saxlanılanlar Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev barəsində həbs-qətimkan tədbiri seçilib.