adalet.az header logo
  • Bakı 19°C
01 Aprel 2015 18:02
30156
AVTOMABİL
A- A+

Bakının mərkəzindəki tıxacların səbəbi açıqlandı - Video

Nəqliyyat Nazirliyi "Azəryolsevis” ASC Yusif Səfərov küçəsində yaranan tıxacların səbəbini açıqlayıb.

Cəmiyyətdən daxil olan məlumatda bildirilir: "Əvvəllər Nizami küçəsinin davamı olaraq Kevkab Səfərəliyeva küçəsi ilə kəsişmədən Yusif Səfərov küçəsi ilə kəsişməyə qədər olan hissəsinin yenidənqurulmasında məqsəd Yusif Səfərov küçəsindən, eyni zamanda Cavanşir körpüsünün yanından Kevkab Səfərəliyeva küçəsinə, o cümlədən Nizami və Kevkab Səfərəliyeva küçələrindən Cavanşir körpüsü istiqamətinə çıxışı təmin etmək idi. Lakin Cavanşır körpüsü istiqamətindən və Kevkab Səfərəliyeva küçəsindən həmin ərazidə olan dəmir yol xəttinə qədər hərəkət etmək mümkün idi. Belə ki, dəmir yol xəttinin yanından Yusif Səfərov küçəsinə hərəkət mümkün deyildi. Çünki həmin ərazidə giriş qadağandır nişanı quraşdırılmışdı. Səbəb Yusif Səfərov küçəsinin yükünü şəhərə yönəltmək idi. Artıq bir neçə vaxtdır ki, vəziyyət dəyişib. Girişi qadağan edən nişan ərazidən götürülərək şəhərin bütün yükü Yusif Səfərov küçəsinə yönəldilib. Bununla da həm Nizami küçəsinin Kevkab Səfərəliyeva küçəsi ilə kəsişməsindən Yusif Səfərov küçəsinə qədər olan hissəsində, eyni zamanda Yusif Səfərov küçəsində vəziyyət acınacaqlı duruma düşür. Yusif Səfərov küçəsi ilə hərəkət edən nəqliyyat vasitələri tıxac bir tərəfə, qəza şəraiti ilə rastlaşırlar. Buna görə də mövcud vəziyyəti əvvəli vəziyyətə qaytarmaq zərurəti yaranıb. Belə ki, həmin ərazidən Yusif Səfərova girişi qadağan edən nişanın quraşdırılmasına, Yusif Səfərov küçəsindən Nizami küçəsinə girişi qadağan edən nişanın götürülməsinə böyük ehtiyac var. Yaranmış vəziyyətdən çıxış yolu ancaq budur. Əgər həmin ərazidə müvafiq tədbir görülməsə, Yusif Səfərov küçəsindəki tıxacı aradan qaradan qaldırmaq mümkün olmayacaq.

Bir məsələni qeyd etmək yerinə düşər ki, Nizami küçəsi hazırda demək olar ki, nəqliyyatın hərəkəti üçün deyil, avtomobillərin park edilməsi üçün istifadə edilir”.