adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Aprel 2015 15:55
5758
KRİMİNAL
A- A+

Suriyada döyüşən Azərbaycan vətəndaşı tutulub

Suriyada döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Azərbaycan vətəndaşı tutulub.

APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, Bakı sakini, 1989-cu il təvəllüdlü Bəkirov Telman Əvəz oğlu Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.
Aparılan araşdırmalar zamanı onun Suriya və İraqda İŞİD silahlı birləşməsinin tərkibində döyüşlərdə iştirak etdiyi məlum olub.

Onun barəsində həbs qətimkan tədbiri seçilib və araşdırma aparılır.