adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Aprel 2015 14:23
6298
MƏDƏNİYYƏT
A- A+

“Arşın mal alan”dan yenilik

Qusar Dövlət Ləzgi Dram Teatrı ilk dəfə dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arşın mal alan” əsərini səhnələşdirib. Ləzgi dilində hazırlanan tamaşanın premyerası aprelin 4-də Qusar şəhər Mədəniyyət Evinin səhnəsində olacaq.

Teatrın bədii rəhbəri Faiq Qardaşov bildirib ki, yüksək zövqlə səhnələşdirilən tamaşa üçün rəngarəng dekorasiyalar hazırlanıb. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar Mədəniyyət İşçisi, Dağıstan Respublikasının əməkdar artisti Laləzar Hüseynovadır. Tamaşada əsas rolları bacarıqlı aktyorlar Yalçın Qaraxanov, Aysel Qiyasova, Kifayət Yusifova, Həsrət Nəsrullayev və başqaları oynayacaq.

"Arşın mal alan” tamaşası aprel-may aylarında Qusar rayonun əksər kənd klublarında nümayiş etdiriləcək. (Azərtac)