adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
01 Aprel 2015 14:18
6174
ƏDƏBİYYAT
A- A+

Azərbaycan tarixi və Ədəbiyyatı İran jurnalında

Tehranda dərc olunan "Mişov dağı” jurnalının 2015-ci ildə çap olunan ilk nömrəsində oxuculara Azərbaycan tarixinə dair dəyərli məqalələr, bədii ədəbiyyat nümunələri təqdim olunub.

Jurnalın ilk səhifələrində baş redaktor Aqşin Ağkəmərlinin Nadir şah Əfşar haqqında məqaləsi, həmçinin 1918-ci ildə Andronikin 25 minlik ordusunun Urmiyədə 12 min dinc əhalini soyqırıma məruz qoyması, Xocalı soyqırımı və 20 Yanvar hadisələrindən bəhs edən məqalə və şəkillər öz əksini tapıb.

Bunlarla yanaşı, bu nömrədə görkəmli şairlərimiz Mirzə Ələkbər Sabir, Şəhriyar, Nəriman Həsənzadə, Mədinə Gülgün, Nüsrət Kəsəmənli və digər söz adamlarımızın şeirləri dərc olunub.

Jurnalın "Uşaq ədəbiyyatı” bölməsində Azərbaycan nağılları- "Göyçək Fatma”, "Yalançı çoban” və Əkrəm Rəhimlinin "Bir kəndin tarixi bir xalqın taleyindən danışır” sərlövhəli yazısı yer alıb.

"Mişov dağı” jurnalının bu nömrəsi, demək olar ki, eyni mədəniyyəti paylaşan iki ölkənin tarixi və ədəbiyyatına həsr edilib.

Qeyd edək ki, Mişov Kültür Mərkəzi tərəfindən çap olunan "Mişov dağı” jurnalı 20 ildən çoxdur ki, latın və əski (ərəb) əlifba ilə Azərbaycan və farsca işıq üzü görür.