adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Aprel 2015 13:46
1370
GÜNDƏM
A- A+

Elman Rüstəmov namizəd oldu

Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib. 

Komitə Mərkəzi Bankın İdarə Heyətinin sədrinin müavini Xaqani Abdullayevin də Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib. 

Xatırladaq ki, Elman Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Mərkəzi Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilib. Xaqanı Məmmədov isə Mərkəzi Bank sistemində 1997-ci ildən işləyir. 2010-cu ildə isə İdarə Heyətinin üzvü seçilib. E. Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır.