adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Aprel 2015 10:38
2862
MƏMLƏKƏT
A- A+

Bu rayonlarda qaz olmayacaq - Siyahı

Binəqədi və Sabunçu rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumata görə, Motodrom ərazisinə gedən diametri 720 mm-lik orta təzyiqli qaz xəttinin üzərində istehsalat zəruriyyəti ilə bağlı siyirtmənin quraşdırılması və diametri 219 mm-lik orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar bu gün saat 10:00-dan işlər başa çatanadək Binəqədi rayonunda və saat 10:00-dan 15:00-dək isə Sabunçu rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.