adalet.az header logo
  • Bakı 19°C
01 Aprel 2015 10:36
764
HADİSƏ
A- A+

Bakıda məktəbin həyətində yanğın baş verdi

Bakı şəhəri, Sabunçu rayonunda Təhsil Nazirliyinə məxsus orta məktəbin ərazisində yanğın olub.

Adalet.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə nəticəsində ümumi sahəsi 50 kv.m olan qazanxananın dam örtüyünün yanar konstruksiyaları 20 kv.m sahədə və qazanxananın ətrafına yığılmış məişət tullantıları 5 kv.m sahədə yanıb. Qazanxananın qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın saat 06:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.