adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
01 Aprel 2015 10:33
1808
DÜNYA
A- A+

Dünyanın ən yaşlı sakini vəfat etdi

Yaponiyada dünyanın ən yaşlı sakini vəfat edib.

Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, aprelin 1-də Misao Okava 117 yaşında dünyasını dəyişib.

1898-ci il, martın 5-də doğulan Misao Okava həmyerlisi, 116 yaşlı Dziroemon Kimuranın vəfatından sonra planetin ən qoca sakini sayılırdı.

Onun 3 övladı, 4 nəvəsi, 5 nəticəsi var. Misao Okava Osaka şəhərinin qocalar evində dünyasını dəyişib.