adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
31 Mart 2015 22:58
2031
DÜNYA
A- A+

Rusiyada dollar və avro kəskin ucuzlaşdı

Rusiyada dollar və avro ciddi şəkildə zəifləyib. 


Adalet.az xəbər verir ki, dollar 57,5 rubla, avro isə 62 rubldan da aşağı düşüb.

Halbuki neftin bir barrel qiyməti 55 dollara qədər azalıb.

Analitiklər hesab edirlər ki, rubl hətta neft qiymətləri aşağı düşsə də öz mövqeyini uğurla saxlayacaq.

Bununla belə, günorta saatlarında vəziyyət bir az dəyişib. Valyuta kursları itkiləri qaytarıb və artım yenidən davam edib. Moskva birjasının məlumatına görə, dolların kursu 58 rublu, avronun kursu isə 62,4 rublu ötüb.

Dollar və avronun ucuzlaşmasına təsir edən amillərdən biri də Yəməndəki savaş və Avropa ilə İran arasında olan nüvə danışıqlarıdır. Bununla belə ekspertlər hesab edirlər ki, yaxın aylarda neftin qiyməti 65-70 dollara qalxa bilər. Belə olan halda rubl dollar qarşısında daha da möhkəmlənərək 53 - 55 rubl olacaq.