adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
31 Mart 2015 21:54
1015
HADİSƏ
A- A+

Biləsuvar və Mingəçevirdə yanğın

Biləsuvar və Mingəçevirdə yanğın hadisəsi qeydə alınıb. 


Adalet.az FHN-ə istinadən xəbər verir ki, Mingəçevir şəhərində vətandaşa məxsus ümumi sahəsi 130  kv.m olan birmərtəbəli kürsülü evin 2 otağının tavanı və dam örtüyü 63 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.  

Yanğın saat 17:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın isə Biləsuvar şəhərində baş verib, vətandaşa məxsus ümumi sahəsi 20 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı köməkçi tikilidə olan sayı məlum olmayan cücələr tüstüdən tələf olub. Bitişik tikililər yanğından mühafizə olunub. 

Yanğın saat 17:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.