adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Mart 2015 21:34
1314
GÜNDƏM
A- A+

Tiflisdə Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib

Gürcüstan paytaxtında fəaliyyət göstərən Qafqaz Beynəlxalq Universitetində Gürcüstan Azərbaycanlıları Milli Konqresinin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransda universitetin professor və  müəllimləri, gürcü və azərbaycanlı tələbələr, həmçinin QHT nümayəndələri, ziyalılar və jurnalistlər iştirak ediblər. Tədbiri Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev açaraq bu soyqırımının gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. Sonra soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Qafqaz Beynəlxalq Universitetin professoru Tamar Kikinadze, universitetin Innovasiyalar və təyinatlar üzrə departament rəisi Aleksandr Rusetski, Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya, Azərbaycan səfirliyinin mədəniyyət və humanitar məsələlər üzrə attaşesi Samirə Ağayeva və başqaları 31 Mart - Azərbaycanlıların Soyqırımının acı həqiqətləri barədə ətraflı məlumat veriblər.

 

Tədbirdə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin beynəlxalq aləmə XX əsrdə azərbaycanlıların Soyqırımının tanınması ilə bağlı bəyanatı oxunub. Sonra 31 Mart Soyqırımından bəhs edən film nümayiş edilib.

 

Tarixçi alim Quram Marxuliya APA-ya açıqlamasında Azərbaycanın soyqırımı qurbanlarının acı həyatını gürcü xalqına çatdırılmasının vacibliyini vurğulayıb. O, "Daşnaksütunun qanlı izləri" adlı kitabının artıq nəşr olunduğunu və bu günlərdə isə "Azərbaycanlıların Soyqırımı" adlı kitabının çıxacağını bildirib: " Biz Azərbaycan xalqının acılarını gürcü xalqına çatdırmalıyıq. Bugünkü tədbir bu istiqamətdə bir addımdır”.