adalet.az header logo
  • Bakı 18°C
31 Mart 2015 21:02
1738
DÜNYA
A- A+

Türkiyə mətbuatına girov götürülmüş prokuror barədə məlumat yaymaq qadağan edildi

Adalet.az-ın"Trend”ə istinadən məlumatına görə, qadağa Ali Radio və Televiziya Şurası haqqında qanunun müvafiq maddəsinə uyğun tətbiq edilib.

 

Həmin maddəyə əsasən, fövqəladə vəziyyətlərdə məlumat yayımı məhdudlaşdırıla bilər.

 

Qeyd edək ki, bu gün naməlum silahlı şəxslər İstanbul prokurorluğunun binasında prokuroru girov götürüblər. Hazırda jandarmeriya qüvvələri prokurorluq binasının ətrafındadırlar.

 

Telekanalın məlumatına əsasən, girov götürülmüş prokuror Səlim Kiraz ötən il martın 11-də Türkiyədə kütləvi etiraz aksiyaları zamanı qətlə yetirilmiş Berkin Əlvanın ölümü ilə bağlı işi aparıb.

 

İlkin məlumata görə, prokuroru girov götürən şəxslər qeyri-qanuni solçu qruplaşmanın üzvləridir.