adalet.az header logo
  • Bakı 18°C
31 Mart 2015 18:19
2191
GÜNDƏM
A- A+

Zakir Qaralov idarə rəisinin müavini təqaüdə göndərdi

Baş Prokurorluğun idarə rəisinin müavini təqaüdə göndərilib. APA-nın məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəis müavini, baş ədliyyə müşaviri Elman Əliyev prokurorluq orqanlarında qulluqda olmanın yaş həddi ilə əlaqədar təqaüdə çıxıb.