adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Mart 2015 18:08
1611
DÜNYA
A- A+

BMT Kiyevə yardımı dayandırır

BMT lazım olan vasitələrin çatışmazlığına görə Ukraynanın şərqinə humanitar yardımın çatdırılmasını dayandıra bilər. 

Adalet.az-ın məlumatına görə, bu barədə BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya İİdarəsinin yeni məruzəsində deyilir. BMT əvvəllər Ukraynaya 2015-ci il üçün humanitar kömək proqramını 3,2 milyon insan üçün hesablayıb və bunun icrasına 316 milyon dollar lazım idi. Son məruzədə göstərilir ki, indiyədək ümumi məbləğdən yalnız 16% alınıb. Məruzdə deyilir: "Humanitar planın reallaşdırmasına vasitələrin çatışmazlığı əsas istiqamətlər üzrə əməliyyatların keçirilməsinə əhəmiyyətli təsir göstərəcək. Donetskdə yaralılara tibbi yardım məhsulların, dərmanların göndərilməsinə pul çatmır". BMT nümayəndələri "de-fakto Donetsk hakimiyyəti ilə" görüşübr və humanitar köməyin çatdırılmasının yaxşılaşmasının texniki imkanlarını müzakirə ediblər.