adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Mart 2015 17:10
1686
MƏMLƏKƏT
A- A+

Aydın Əliyev ukraynalı deputatları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə səfərdə olan Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ukrayna Ali Radasının gömrük və vergi məsələləri üzrə komitəsinin sədri Roman Nəsirovu qəbul edib. DGK mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açaraq qeyd edib ki, Azərbaycan-Ukrayna əlaqələrinin perspektivi böyükdür. DGK sədri Azərbaycanla Ukrayna arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Azərbaycan Gömrük Xidmətinin Ukrayna Dövlət Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran DGK sədri A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib. Səmimi qəbula görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman NəsirovAzərbaycana səfər etməkdən məmnunluğunu və burada az müddətdə böyük təəssüratlar əldə etdiyini söyləyərək, həqiqətən ölkədə iqtisadi tərəqqinin şahidi olduğunu bildirmişdir. Qonaq iki dost ölkə arasında bütün sahələrdə, o cümlədən, gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulamış, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Sonra Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Roman Nəsirov Dövlət Gömrük Komitəsində "Hədəf” Mərkəzinin fəaliyyətilə tanış olub.