adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
31 Mart 2015 16:25
3006
SİYASƏT
A- A+

“Türkiyədə baş verənlər terrordur” - Aqil Abbas

Türkiyənin İstanbul, Ankara, İzmir, Kocaeli, Bursa və daha bir neçə şəhərində elektrik enerjisi kəsilib. Məlumata görə, hələ də baş verən hadisənin dəqiq səbəbləri bilinmir. Bir sıra ekspertlər isə bunu Türkiyəyə qarşı terror hadisəsi kimi dəyərləndirirlər.  


Məsələ münasibət bildirən millət vəkili Aqil Abbas baş verənləri terror hadisəsi kimi dəyərləndirib. Onun sözlərinə görə,  bu işdə Avropa və ABŞ-ın əli var: "Bu kiber hücumdur. Avropa və ABŞ bu kimi hadisələr törətməklə Türkiyəni necə çökdürəcəyini, yaranan bu fasilə zamanı hansı iş görə biləcəyinin konturlarını cızır. Son zamanlar Türkiyənin inkişaf etməsi, dünya birliyində özünə müəyyən yer tutması təbii ki, qısqanclıqla qarşılanır. Bir müddət əvvəl oxşar hadisə Azərbaycanda da baş verdi. Bütün bunlar onu deməyə əsas verir ki, Türk dövlətlərinin güclənməsini istməyən qüvvələr var. Bunlarda Avropa və ABŞ-dır. Bu hadisə planlı şəkildə həyata keçirilib və təxribatdır”.

Aqil Abbas son zamanlar İran Türkiyə münaibətlərində yaranan gərginlikdən dolayı bu məsələdə İranı günahkar bilməyib. Qeydf edib ki, İranın belə bir addım atmasına gücü çatmaz. 

Millət vəkili həmçinin Türkiuyə daxilində iqtidar müxalifət çəkişməsinə də münasibət bildirib. Qeyd edib ki, baş verən hadisələrin fonunda iqtidar müxalifət çəkişməsi ümumio işə mənfi təsir göstərir. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın prezidentli respublika modelinə keçid siyasətini dəstəkləyini bildirib.