adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
31 Mart 2015 16:06
3287
MƏDƏNİYYƏT
A- A+

İncəsənət Gimnaziyasının direktoru işdən azad olunub

Milli Konservatoriyanın tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru Mahuzər Şabanbəyova işdən azad olunub.


Bu barədə Adalet.az-a Təhsil Nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumata görə, M. Şabanbəyova martın 6-da öz ərizəsi ilə işdən azad edilib. Onun vəzifəsinin icrası təhsil müəssisəsinin ibtidai sinif rəhbəri Umnisə Nəcəfbəyovaya həvalə olunub. Yaxın günlərdə İncəsənət Gimnaziyasına direktor təyin olunacaq.