adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
31 Mart 2015 16:04
1975
GÜNDƏM
A- A+

Avropa Oyunlarının məşəlinin yandırılacağı tarix dəqiqləşdi

İyunun 12-dək 28-dək Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəlinin alovlandırılacağı tarix dəqiqləşib. 


Adalet.az-ın məlumatına görə, gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında bu tarixi hadisənin aprelin 26-da yaşanacağını deyib.

 

O bildirib ki, məşəl yandırıldıqdan sonra Azərbaycanın region və şəhərlərini gəzəcək. Məşəli ölkəmizin ərazisində tanınmış şəxsiyyətlər və idmançılar bir-birinə təhvil verəcəklər. Aprelin 26-da yandırılacaq məşəl iyunun 11-də yenidən paytaxta qaytarılacaq.

 

Qeyd edək ki, məşəlin 51 şəhərimizdə olması nəzərdə tutulub.