adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
31 Mart 2015 14:46
3313
ƏDƏBİYYAT
A- A+

Beynəlxalq tərcüməçilərin Bakı toplantısı başa çatdı

Beynəlxalq Tərcüməçilər Federasiyası (BTF) Şurasının Bakıda keçirilən növbəti illik toplantısı başa çatıb. Tədbirə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası ev sahibliyi edib.
 
Tədbirdə dünyanın müxtəlif ölkələrindən tərcümə təşkilatlarının rəhbərləri olan Şura üzvləri iştirak ediblər. İclasda BTF-in ötən ilki fəaliyyəti, cari il ərzində nəzərdə tutulan tədbirlər, prioritet istiqamətlər müzakirə edilib. Bundan başqa, qurumun komitələrinin hesabatları dinlənilib, tərcümə ilə bağlı məsələlər, tərcüməçilərin maraqları və hüquqları barədə fikir mübadiləsi aparılıb.
 
Qeyd edək ki, tədbirin Bakıda keçirilməsi barədə 22 dekabr 2014-cü ildə qəbul edilmişdi.

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası 2012-ci ilin oktyabr ayından BTF-ə müşahidəçi üzv kimi qəbul edilmiş, Federasiyanın 2014-cü ilin avqust ayında Almaniyanın Berlin şəhərində keçirilən Qurultayında tamhüquqlu üzv qəbul edilmişdi. 

AGTA 2011-ci il sentyabrın 30-da – Beynəlxalq Tərcüməçilər Günündə – bir qrup gənc tərcüməçi tərəfindən təsis edilib. Təşkilatın yaradılmasında məqsəd ölkədə fəaliyyət göstərən tərcüməçilər arasında kommunikasiya qurmaq, onların hüuqlarını və maraqlarını müdafiə etmək, tərcümə sənəti haqqında düzgün ictimai rəy yaratmaq, gənc tərcüməçilərə dəstək olmaq, eləcə də mədəniyyətlərarası kommunikasiyanın imkanlarından istifadə etməklə ölkənin müxtəlif sahələrdə inkişafına töhfə verməkdir.