adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
31 Mart 2015 14:40
1704
DÜNYA
A- A+

Çilidə 80 ilin ən güclü daşqınları

Çilidə leysan yağışlar ölkənin şimalında son 80 ilin ən güclü daşqınlarına səbəb olub. İndiyə qədər təbii fəlakət qurbanlarının sayı 18 nəfərə qədər yüksəlib. Daşqınlar nəticəsində itkin düşənlərin sayı da durmadan artmaqdadır. 49 nəfər itkin düşüb, 27 min nəfər zərər çəkib.

Məcrasından çıxan çaylar bir çox yaşayış məntəqəsini su altında qoyub. Fəlakət nəticəsində ən çox zərər çəkən ərazilər Antofaqasta, Atakama və Kokimbo administrativ mərkəzləridir. Burada məktəblərdə dərslər təxirə salınıb, şəhərlərdə komendant saatı tətbiq edilib.

Martın 30-da su altında qalan mədəndəki 33 şaxtaçıdan üçünün xilas edildiyi məlum olub. Qeyd edək ki, həmin şaxtaçılar 2010-cu ildə uçqun nəticəsində qəzalı vəziyyətə düşən şaxtada 69 gün qaldıqdan sonra möcüzəvi şəkildə xilas edilmişdilər.