adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
31 Mart 2015 13:50
4254
MARAQLI
A- A+

Ən dəhşətli təyyarə qəzaları

Bir neçə gün öncə Fransanın cənubunda A320 təyyarəsi qəzaya uğradı.

Hadisə nəticəsində 150 nəfər həlak oldu. Adətən təyyarə qəzaları nadir hallarda baş versə də əksəriyyəti böyük faciə ilə nəticələnir. Onlarla, yüzlərlə insan belə qəzaların qurbanlarına çevrilir.

Kulis dünyada baş vermiş ən dəhşətli təyyarə qəzalarını təqdim edir.

123 №-li Yaponiya aviareysi

1985-ci ildə Yaponiya Hava Yollarına məxsus Boinq-747 təyyarəsinin qəzaya uğraması nəticəsində 500-dən çox adam həlak oldu. Təyyarə Tokiodan Osakaya uçmalı idi. Uçuşa başlayandan 12 dəqiqə sonra təyyarədə texniki nasazlıq aşkar olundu. Boinqin kili (gəmi və ya təyyarə gövdəsinin alt hissəsinin əsasını təşkil edən və gövdə uzununa qoyulan tir) üzüləndən sonra ekipaj avialaynerin vəziyyətini stabilləşdirmək üçün hələ 32 dəqiqə təyyarəni idarə edir. Buna baxmayaraq o, nəzarətdən çıxaraq sıra dağlara çırpılır.

Qəza nəticəsində 525 nəfər həlak oldu, 4 nəfər sağ qaldı.


Hindistan səmasındakı faciə

Boinq 747-100B və İl-76 təyyarələrinin toqquşması nəticəsində 349 nəfər həlak oldu. Qəza Dehli şəhərinin 60 kilometrliyində baş vermişdi. Qazaxıstan aviaşirkətinə məxsus İl-76 icazə almamış 15 fut hündürlükdən 14 fut hündürlüyə enir, bu zaman yaxınlıqda uçan boinqin stablizator və sol qanadı ilə toqquşur.

Hindistan səmasında iki təyyarənin toqquşması ilə baş verən bu qəzadan sağ çıxan olmadı. Boinq elə havadaca partlasa da İl hələ bir müddət "salamat” qalaraq uçuşa davam elədi.


Ermenonvil qəzası

Fransada baş vermiş ən böyük aviaqəza 1974-cü ildəki faciə hesab olunur. Söhbət Türk Hava Yollarının 981 nörməli reysindən gedir. Təyyarə İstanbuldan Parisə, ordan da Londona uçmalı imiş. Paris aeroportundan qalxandan dərhal sonra salonun dekompressiyası baş verir. Nasazlıq yük bölməsinin lyukunun açılmasından qaynaqlanır. Təyyarə həddindən artıq yükləndiyi üçün lyuk açılmışdı. Nəticədə idarəetmə sistemi zədə alır. Ermenonvil üzərindəki qəza Fransa tarixində ən dəhşətli aviaqəza hesab olunur. Hadisənin qurbanları 346 nəfər idi.


L-1011 qəzası

Səudiyə Ərəbistanına məxsus təyyarə Ər-Riyadda dayandıqdan sonra Ciddəyə uçmalı idi. Amma uçuşdan 7 dəqiqə sonra yük bölməsində yanğın baş verir. Komanda Ər-Riyada qayıtmaq qərarına gəlir. Pilotlar təyyarəni yerə endirə bilirlər. Ancaq faciə bundan sonra baş verir. Təəssüf ki, motor söndürülmədiyindən təyyarə yanğınsöndürənlərin olduğu yerdən xeyli uzaqda dayanası olur. Buna görə də 23 dəqiqədən sonra yanğın bütün bortu bürüyür.

Təyyarədə olan 31 nəfərin bəzisi yanaraq, bəzisi də tüstüdən boğularaq öldü.


IR655 reysi

1988-ci ilin yayında Fars körfəzinin İranın hava sahəsinə düşən hissəsində Aerobus A300 təyyarəsi vuruldu. Təyyarə Tehrandan Dubaya uçurdu. Vinsenn adlı Amerika hərbi kreyseri hədəfi düzgün müəyyənləşdirə bilmədiyinə görə yer-hava raketi ilə təyyarəni vurmuşdu. Bununla belə Amerika tərəfi günahkar olduğunu qəbul etmədiyi üçün həlak olan 290 nəfər şəxsin ailəsindən üzr istəməkdən imtina etdi.


Amerika Hava Yollarının 191 saylı reysi

Amerika hava nəqliyyatı sahəsində baş vermiş ən irimiqyaslı qəza 1979-cu ildəki hadisə hesab olunur. Təyyarə Çikaqodan Los-Ancelesə uçurdu. Amma avialayner havaya qalxandan sonra mühərriklərdən biri dayanır. Ardınca mühərrik kökündən üzülərək qanadı zədələyir. Pilotların təyyarəni idarə etmək imkanları olsa da bunu eləmirlər. Nəticədə avialayner uçuş-eniş zolağının yanında partlayır. 273 nəfər həlak olur.

Donetsk yaxınlığındakı aviaqəza

Xatırlayırsızsa bu qəza ötən yay Donets yaxınlığında baş vermişdi. Malaziya Hava Yollarına məxsus Boinq-777 təyyarəsi Amsterdamdan Kuala-Limpura uçurdu. Məlum olduğu kimi boinq aktiv hərbi əməliyyatların keçirildiyi ərazidən uçarkən vurulmuşdu. Donetsk yaxınlığında baş vermiş bu faciə son illərin ən müəmmalı hadisələrindən sayılır. Qəzanın baş verməsinin əsl səbəb hələ də bilinmir, istintaq davam edir.

Faciə nəticəsində 300 nəfərə yaxın adam həlak oldu.


Son illərin ən dəhşətli avia faciəsi

1977-ci ildə baş vermiş bu aviaqəza nəticəsində 600-ə yaxın insan həlak oldu. Tenerif şəhəri yaxınlığındakı aeroportdan uçuş zamanı iki böyük avialayner toqquşdu. Boinq-747 təyyarələrindən biri Hollandiyaya, digəri isə ABŞ-a məxsus idi. Təyyarələr Tenerif şəhərinə təsadüfən uçmuşdular. Həmin ərəfədə Qran-Kanariyada baş vermiş terror hadisəsi ilə əlaqədar təyyarələr Tenerifə yönləndirilmişdilər.

Uçuş zolağında üzbəüz gələn təyyarələrin toqquşması qaçılmaz idi. Qəza nəticəsində 583 nəfər həlak oldu. Cəmi 61 sərnişin sağ qaldı.


(lent.az)