adalet.az header logo
  • Bakı 16°C

Dedi, elədi, göstərdi!

CEYHUN MUSAOĞLU
32654 | 2010-05-22 01:25
Həmişə insan naminə
   
   
   
   Qayıdanda Afiq bəy dedi ki sabah (dünən-red.) şirkətin baş ofisində qanvermə aksiyası keçiriləcək. Səfərimizin səhəri dünənin xoş təəssüratları ilə talesimiyalı xəstələrə qan verdik. Daim insan barəsində düşünəndə necə də gözəl olur.
   
   "Nə yeyiriksə,
   
   oyuq"
   
   
   
   Dünyada nə qədər ciddi və qlobal problemlər yaşansa da, ərzaq təhlükəsizliyinin təmin edilməsi bütün olkələrin prioritet vəzifəsi olaraq qalacaq. Hər şey insana hesablanıb. Bu, bəlli həqiqətdi. İnsansa, Yapon alimi Katsudzo Nişenin təbirincə desək, nə yeyirsə odur.
   
   Nə yeyirik? Əlbəttə, "necə yeyirik" sualı da aktualdır. Amma öncə nəylə qidalandığını müəyyənləşdirməlisən.
   
   Bazarlarımız cəzbediciliyi ilə göz oxşayan qida məhsuları ilə doludur. İstehlakçının hüquqlarından xəbərsizliyi, bu mövzuda təbliğatın zəıfliyi sonda saglam cəmiyyətin formalaşmasına mənfi təsir edir.
   
   Olmazmı əsasən də qida istehsalı ilə məşgul olan şirkətlər şəffaf şəkildə istehsal prosesini bazarın tələbatçılarına nümayiş etdirsinlər. Bunun üçün alıcıları müəssəyə yığmağa ehtiyac yoxdu, bunu fiziki mənada gerçəkləşdirmək mümkün də deyil. İstək olsa, KİV-in köməyi ilə əhalinin əksər hissəsini sağlam məhsulun hazırlanması prosesi ilə tanış etmək olar. Necə ki, iki gün öncə, mayın 20-də "Azərsun Holdinq" Şirkətlər Qrupu hər kəsin arzusu olan prosesi gerçəkləşdirdi. On beşə qədər nüfuzlu mətbuat orqanının nümayəndələri şirkətin Biləsuvar rayonundakı Kənd Təssərüfatı Məhsullarının Emalı zavodunda olduq.
   
   
   
   Peşəkar suallara peşəkar cavablar
   
   
   
   Zavodun direktoru Bülənd Manavoğludan qapının ağzındaca xeyli məlumat toplaya bildik. Hər birimizin sualına həvəslə savab verən Bülənd bəy hər sahədə peşəkarlığa üstünlük verdiyinə ölkəmizə gəlməmişdən öncə Türkiyədə Tənəkə Qutusu Fabrikinin müdiri vəzifəsində işləməsi ilə eyham vurdu. Deyəsən bizim də suallarımızdan peşəkar jurnalistlərin arasında olduğunu duymuşdu.
   
   Hər bir qida məhsulunun təzə-tər, yəni sahədən yığılandan dərhal sonra konserviləşdirilməsinin orqanizmə daha xeyrli olduğunu düşünüb, zavod direktoruna ünvanladığım "sizdə neçə anbar var" sualına aldığım cavab həqiqətən işinin ustası ilə təmasda olduğumuza şübhə yeri qoymadı. Hər yerdə belədir, jurnalistika birinci hadisəyə şübhə ilə yanaşır. Araşdırmanın nəticəsində həqiqət aydın olur. Bülənd bəy sualımdakı mənanı anındaca hiss etdi: "Bizim zavodun sahədən yığılan məhsulun xüsusi yerlərdə saxlanmasına ehtiyacı yoxdur. Öncədən nə qədər məhsul konservləşdirəcəyimizi hesablayıb sahədən o qədər məhsul çıxarırıq. Ümumilikdə isə istehsal edə biləcəyimiz qədər məhsul becəririk. Torpağınız olduqca bərəkətlidir və dünyanın heç bir yerində belə bərəkətli torpaq yoxdur. Bu yerlər şoran torpaqlar idi, beş il ərzində məhsuldar torpaqlara çevirdik. Bizə dost şirkətlər inanmırdı ki, torpağı duzlardan təmizliyə biləcəyik. "Azərsun Holdinq" Şirkətlər Qrupunun prezidenti cənab Abdolbari Gözəlin inamı, işgüzarlığı, insan əlinin zəhmətinə etibarı gülüstan yarada bildi". Açıqlamasını konkret rəqəmlərlə davam etdirən Bülənd bəy zavodun 300 nəfərdən çox daimi işçisi olduğunu, mövsümü vaxtlarda isə əlavə olaraq, 700 nəfərdən çox yerli əhalinin işə cəlb olunduğunu bildirdi. Direktor qeyd etdi ki, işçilərin seçimində ərazidə məskunlaşan qaçqınlara üstünlük verilir. Bu seçim şirkətin prezidentinin xüsusi tapşırığı əsasında həyata keçirilir: "Biz insanların sosial-rifahının daha da yaxşılaşmasına çalışırıq. Zavod illik 12500 ton məhsul istehsal etmək iqtidarındadır. Öz təsərrüfatımızdan başqa, yerli əhalidən də müxtəlif çeşidli meyvə-tərəvəz məhsulları qəbul edirik".
   
   Bülənd bəyin sözlərindən aydın oldu ki, zavodda quraşdırılan avdanlıqlar ən son modellərdir. Tomat istehsal edən avadanlıqlar İtaliyadan, nasoslar Rusiyadan, yaşıl noxud istehsalı üçün dəzgahlar Türkiyədən gətirilib. Bundan əlavə, Almaniyadan, Bolqarıstandan və digər Rusiya ölkələrindən alınan müxtəlif müasir tipli dəzgahlar quraşdırılıb. Onu da öyrəndik ki, mövsümi işlərə cəlb olunanlar günəmuzd olaraq bir günə 7 manat 50 qəpik məvacib alırlar ki, bu da ayda 225 manat edir. Daimi işçilər isə tutuduqları vəzifədən və gördükləri işdən asılı olaraq, 350500 manat arası əmək haqqı alırlar.
   
   Zavodda istehsal olunan "Bizim tarla", "Bostan", "Blendo", "Final", "Supersun" və bu kimi başqa məhsular brendlərlə daxili və xarici bazara çıxarılır. İstehsal sahələri ilə tanışlıqdan aydın oldu ki, bütün məhsullar ən yüksək keyfiyyətlə istehsal olunur. "Final" brendli tomat pastalarının istehsalını ilkin mərhələdən son mərhələyə qədər izlədik. Avtomatlaşdırılmış bütün proseslər, həmçinin istehsal olunan məhsullar tam sanitar-gigiyenik normalara əməl olunmaqla həyata keçirilir.
   
   
   
   İstehsalat prosesində şəffaflıq
   
   
   
   Zavodun içərisini gəzərkən "Azərsun Holdinq" Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr departamenti mətbuat və piar şöbəsinin müdiri Afiq Səfərov çalışırdı ki, ən xırda detal barəsində də jurnalistlərdə obyektiv təsəvvür formalaşsın. Həmkarımız ayrıayrı sahələr üzrə nəzarətçi funksiyasını yerinə yetirən şəxslərlə bizi tanış edir, ondan proses barəsində daha ətraflı məlumat almağımıza şərait yaradırdı.
   
   İstehsalat müdiri Ceyhun Hacımuradov yaşıl noxudun ilkin istehsal xəttini, yəni paxladan dənənin ayrılması, təmizlənib yuyulması, ölçülərinə görə 3 yerə bölünməsi prosesini olduqca dəqiqliklə izah etdi. "Azərsun Holdinq" Şirkətlər Qrupu istehsala kompleks yanaşmanı əsas götürərək yaşıl noxud üçün qablar şirkətin Bakıdakı Metal Qablaşdırma Zavodunda istehsal edir.
   
   İstehsal olunan məhsulların standartlara nə dərəcədə cavab verməsini müəyyənləşdirmək məqsədi ilə zavodda hər biri 5 min kvadratmetr sahəsi olan böyük inkubasiya anbarları tikilib. Hazır məhsullar bir neçə gün burda saxlanıldıqdan sonra bazarlara çıxarılır. Hər hansı zay məhsul xüsusi ayrılmış yerlərdə məhv edilir. İstehsal zamanı keyfiyyətə cavabdeh olan Zahidə Alıyevanın sözlərinə görə, konservləşdirilmiş məhsulların birbir yoxlanılması onların daha keyfiyyətli olmasına zəmin yaradır.
   
   Zavodun işçiləri üçün nəzərdə tutulan yeməkxana da olduqca səliqəli idi. İşçilərə orada pulsuz nahar etmək üçün hər bir şərait yaradılıb. Yeməklərin keyfiyyətli və dadlı olmasını müəyyənləşdirmək bizim üçün çətin olmadı. Əla nahar etdik. Kələm dolmasını hamımız bəyəndik və ətin paytaxtda yediyimiz ətlərdən daha dadlı olmasının sirrini soruşduq. Məlum oldu ki, inək saxlayırlar, onların qidalanmasına başdansovdu yanaşmırlar.
   
   
   
   Burda bir sirr var...
   
   
   
   Nahardan sonra kənd təsərrüfatı məhsullarının yetişdirilməsi texnologiyası ilə "Natural Green Land" MMC-nin direktoru Mürtəza Qorqudun vasitəsi ilə tanış olduq. Plakatdakı eskizlərin köməyi ilə geniş izahat verən Mürtəza bəy Türkiyədə bu tipli böyük şirkətdə çalışıb və tərəvəz məhsulları üzrə mütəxəssisdir. Bununla yanaşı, o, "Azəraqro" şirkətində çalışıb və Balakən, Zaqatala, Yevlax, Tərtərdə 7 min ha ərazidə tərəvəz məhsulları yetişdirib. Bir ildən çoxdur ki, "Azərsun Holdinq" Şirkətində çalışır. Onun bilavasitə əməyi sayəsində Biləsuvarın əkinçiliyə yararsız olan 3452 ha torpaq sahəsi tam yararlı hala gətirilib və bu ərazilərdə keyfiyyətli tərəvəz məhsulları yetişdirilir.
   
   Mürtəza bəyin sözlərindən məlum oldu ki, tərəvəz məhsulları ən müasir üsullarla yağmurlu sulama, damcılama ilə suvarılır. Sahədəki nasoslar bir saata on iki min kub metr su vurur. Gərgin əməyin sayəsində 800 ha ərazidə şəkər çuğunduru əkilib ki, buradan 60 min ton, 2839 hektarda əkilən badımcandan 101 min ton, 500 hektar ərazidə əkilmiş pomidordan 3250037500 ton, 120 hektar ərazidə turşu üçün əkilmiş xiyar məhsulundan 700 ton, 383 hektar ərazidə əkilmiş yaşıl noxuddan isə 1400 ton hazır məhsul götürülməsi nəzərdə tutulub.
   
   Maraqlı faktlardan biri də o idi ki, ərazidə 4 növ bibər yetişdirilir. Şirin dolma bibəri, acı turşu bibər 300 ton, tomat üçün qırmızı bibər 100 ton, Koliforniya bibəri isə 200300 ton yetişdiriləcək. Bibərlərin ümumi sahəsi 52 hektar ərazini tutur. Badımcan 50 hektardır və buradan 1032 ton məhsul götürülməsi planlaşdırılır. 266 hektar ərazidə isə yonca əkilib. Bu yoncadan şirkətin maldarlıq fermaları üçün qış yemi hazırlanır. Bütün bu məhsullar kimyəvi kübrələr olmadan əmələ gətirilir. Yoncalardan kübrə kimi də istifadə edirlər. 303 hektar ərazidə isə arpa əkilib. Hər hektardan 6 ton məhsul götürülür. Bundan əlavə 100 hektarda nar ağacları, 2000 ədəd isə heyva ağacları əkilib. İyulda 20 hektar ərazidə çiyələk tarlası salınması planlaşdırılır.
   
   Jurnalistlərin suallarına cavab olaraq Mürtəza Qorqud bildirdi ki, bu günə qədər bütün görülən işlərə 25 milyon manat vəsait xərclənib. Çünki şoran, əkinə yararsız olan belə torpaqların münbit hala gətirilməsi böyük vəsait və gərgin əmək tələb edir. Torpaqları yararlı hala gətirmək üçün 65 kilometr uzunluğunda, 3 metr dərinliyində drenaj kanalları qazılıb. Tərəvəz məhsullarının yetişdirilməsinə 2000 nəfər cəlb olunub. Toxumlar isə dünyanın ən məşhur firması olan Alman firmalarından, ABŞın "Hayus", Hollandiyanın "Nuneps" firmalarından alınır.
   
   Havanın günəşli olmasına baxmayaraq, səfərin təşkilatçısı Afiq bəyin təşəbbüsü ilə sahələrdə də olduq. Nəzəri olaraq eşitdiklərimizi praktiki olaraq gördük. Bəzi aran rayonlarında sel sularının ağır fəsadlar törətdiyi ərəfədə ucubucağı görünməyən Biləsuvardakı "Azərsun Holdinq" Şirkətlər Qrupunun səyi ilə yaşıla bürünən sahələr ruhumuzu dincəltdi.

TƏQVİM / ARXİV