adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

BU DA BELƏ BİR DÜNYADI

ƏBÜLFƏT MƏDƏTOĞLU
59945 | 2015-03-31 12:49

Onun haqqındayazmaq qərarını verənə qədər çox götür-qoy etdim. Düşündüm ki, yazacağımyazıya, onun mövzusuna kimlərsə yanakı baxa bilər və yaxud da kimlərsə bununniyə önəmli olduğunu soruşmaq fikrinə düşə bilər. Çünki mənim qəhrəmanım nətanınmış dövlət xadimi deyil, nə bərk gedən məmurların sırasında yeri yoxdu.Üstəlik nə tanınmış yazardı, nə də biznesmen. Amma...…

Bu məqamdayadıma böyük Rəsul Rzanın zamanında dillər əzbəri olan və bu gün də maraqlaoxunan poeması düşdü. Ordakı misraları birnəfəsə də deyə bilərəm. Yəqin o dövrüyaşayanlar da bilir söhbət nədən gedir. Həqiqətən də mənim qəhrəmanım bənzərsizbir insandı. Buna görə də mən onu özündən başqa bir kimsəyə bənzədə bilmirəm.Elə özünə bənzəyən Rüstəm barəsində həm yaddaşımı, həm şahidi olduqlarımı, həmdə düşündüklərimi bilgisayara diktə edirəm...

İlk dəfə Ağdamdaqarşılaşdıq. Onda

Qarabağ hadisələri yenicə alovlanırdı,qığılcım alova çevrilirdi. İnsanların bir qismi bunu maraqla seyr edir. Başqabir qismi "sovet hökuməti dövşanı arabayla tutur, belə işlərə yol verməz"deyir, bir başqa qismi də əlindən gələni, gücü çatanı deyirdi ki, qığılcımısöndürsün. Ancaq nə qığılcım sönürdü, nə sovet hökuməti hərəkət edirdi, nə dəseyr edənlərin marağı azalmırdı. Bax, belə bir şəraitdə qarşılaşdıq Rüstəmlə.O, elin-obanın hayına gəlmişdi. Böyük bir işini, xoş bir güzəranını OrtaAsiyada tutduğu vəzifəsini buraxıb Ağdama, doğulduğu şəhərə, qohum-əqrəbasınınyanına, bir sözlə, bütün varlığının ifadəsi olan bir müqəddəs torpağaqayıtmışdı. Amalı da, istəyi də bu torpaq üçün çalışmaq, vuruşmaq, onun əsgəriolmaq idi. Ona görə də laxlayan, büdrəyən rejimin oyunlarını bir hüquqşünaskimi dəyərləndirib yerini döyüşən oğulların yanında gördü. İndinin özündə də hərdəndüşünürəm. O dövrün çox sayılan vəzifələrindən olan mövqeləri qazanmışvalideynlərinin bəlkə də ağlına da gəlməzdi ki, evin tək oğlu partiyadan, sovetquruluşundan üz çevirəcək, əlinə silah götürüb səngərə tələsəcək. Sıravidöyüşçülərin, azadlıq aşiqlərinin, müstəqillik fədailərinin dilinə çevriləcəkdi.Amma görünür Rüstəmin genində, dünya görüşündə zamanında hiss olunmayan,müşahidə edilməyən, amma gizli öz mövcudluğunu saxlayan, gizli öz vaxtını,zamanını gözləyən elə hüceyrələr varmış ki, o həqiqətən də məhz gərəkli olduğuyerdə özünü büruzə veribdi. Bir az da xırdalasam, yəni dəqiqliyinə varsam, ondaoxucuya daha da aydın olar ki, valideynlərindən biri rayon Partiya Komitəsinin2-ci katibi, digəri rayon Rabitə şöbəsinin müdiri olan, özü ailənin tək oğulpayı kimi əzizlənən Rüstəm günlərin birində Ağdamda fəaliyyət göstərənözünümüdafiə dəstələrinin üzvləri ilə bir cərgədə dayandı, Ağdamdakı azadlıq fədailərininməsləhətçisi, sayılıb-seçilən nümayəndəsi oldu. Hər kəs də bunu qəribə birmaraqla, həm də bir az təəccüblə izlədi. Sonra gördülər ki, Rüstəm bu adamlarıniçərisinə ürəyinin hökmüylə, ağlının diqtəsiylə daxil olub. Məhz bundan sonra həminçevrədə ziyalıların, sayılıb-seçilən oğulların sayı artdı. Adamlar artıqtorpağın, vətənin vəzifədən, şöhrətdən nə qədər üstün olduğunu Rüstəmintimsalında gördülər. Özü də təsəvvür edin ki, Ağdam kimi bir şəhərdə bu cürnümunə olmaq heç də asan deyildi. Axı, Ağdam həm də Dağlıq Qarabağın qapısıidi... Dağlıq Qarabağda yaşayan azərbaycanlıların güvənc yeri idi... Üstəlik həmdə Ağdam ermənilərin çəkindiyi, loru dildə desəm, tük saldığı bir şəhər idi.Burda ön cərgədə olmaq həm şərəf idi, həm məsuliyyət, həm də bir könülrahatlığı. Bax, Rüstəm bu məsuliyyəti də,bu şərəfi də, bu könül rahatlığını da torpaqla bağladı, Ağdamın adı ilə bağladıvə dünənki imtiyazlara nöqtə qoydu...

Rüstəmlə ilk dəfəAğdamda çay evində qarşılaşdıq. Əyləşib çay içdiyim stoldan bir neçə addım kənarda,bir neçə stol da birləşdirilmiş şəkildə və ətrafında da 15-20 nəfər uca səsləgünün hadisələrini müzakirə edə-edə çay içirdilər. Onlardan bir neçəsini əvvəlcədəntanıyırdım. Lakin bu dəstənin içərisində arıq cüssəli, orta boylu, lakinhamının sayğı ilə yanaşdığı bir nəfər də varidi. Ona gah "müəllim" deyirdilər, gah Rüstəm, gah da bəy. Oisə bu müraciətlərin fərqinə varmadan bütün suallara cavab verir, bütün məsələlərəmünasibət bildirirdi. Araq güc gəldi. Mənimlə üzbəüz əyləşib çay içən mərhumjurnalist, "Qarabağ" qəzetinin əməkdaşı Sarvan Ağayevdən bu cavanoğlanın kim olduğunu soruşdum. O da bütün təfsilatı ilə Rüstəm haqqında bilgiverdi. Açığını deyim ki, bu adama qanım qaynadı. Yaxından tanış olmaq istədim.Ancaq həmin günlərdə bu istəyim baş tutmadı. Sonra hadisələr bir az da qəlizləşdi.Artıq Rüstəm təkcə Ağdam şəhərində yox, bütün Qarabağ bölgəsində tanınırdı. Hərkəs onun üstünə məsləhətə gəlirdi. Mən Qarabağda bir mətbuat işçisi olaraqçalışdığım həmin o illərdə Rüstəmin deməkolar ki, bütün fəaliyyəti gözümün önündə cərəyan edir, onun təkcə davranışıyox, həm də təmkini, həm də son dərəcə sınanılmış, yoxlanılmış arqumentləri mənihəmişə heyrətləndirmişdi. Və məni bir də o heyrətləndirirdi ki, Rüstəm heç birsöhbətində, heç bir çıxışında pafosdan, təmtəraqdan yararlanmırdı. Onun astabir sələ, çox rahat bir şəkildə söylədikləri adama az qala layla təsiribağışlayırdı. Tam səmimiyyətlə etiraf edim ki, hərdən öz-özümə düşünürdüm ki, yəqinRüstəmdə əsəb deyilən bir şey yoxdu və anadan gəlmə də olmayıb. Amma...

Günlərin birindəçalışdığım və bu gün artıq Rüstəmə də doğma olan "Ədalət" qəzetindəonunla qarşılaşdım. Qəzetin o vaxtkı baş redaktoru, millət vəkili Aqil Abbas məniotağına çağırıb dedi:

- Rüstəmlə tanışol və ondan ətraflı bir yazı hazırla.

Biz gülümsəyərəkbir-birimizə əl uzatdıq. Az qala ikimiz də eyni vaxtda dilləndik:

- Aqil müəllim,biz bir-birimizi tanıyırıq, ancaq qiyabi.

Rüstəmi otağımadəvət etdim. Biz Ağdamın işğalı ilə, Qarabağhadisələri ilə bağlı SurətHüseynovun verdiyi bir açıqlamaya münasibəti oxuculara çatdırmalıydıq. Çünki həminaçıqlamada xeyli yanlışlıqlara yol verilmişdi. Hadisənin birbaşa iştirakçısıolan Rüstəm Hacıyev də məhz bununlabağlı "Ədalət"ə gəlmişdi. Bəli, "Ədalət" qəzetinin üçsayında Rüstəm Hacıyevin həmin məsələlərə gerçək münasibəti öz əksini tapdı.Sonra biz Rüstəmlə çay da içdik, çörək də yedik. Sonra həyat elə gətirdi ki,Rüstəm "Ədalət" qəzetinin hüquq şöbəsinin müdiri oldu. Və...

Altı il bundanöncə, lap dəqiq desəm, 2008-ci ilin dekabr ayının ortalarında rəhmətlik dəyərliqələm dostumuz Oqtay Salamov, Babək Yusifoğlu, Faiq Qismətoğlu, Rüstəm və mən nəşriyyatın4-cü mərtəbəsindəki bufetə endik. Təbii ki, "Ədalət" də bir ənənəvar. Bu qəzet yarandığı gündən kollektivin kişiləri naharı birlikdə edirlər. Hərdəfə də nahar üçün bir bəhanə tapılır. Həmingünün də bəhanəsi mənim qarşıdan gələn 50 yaşım idi. Bəli, məclis qızışmışdı. Məndə səbəbkar kimi heç kimə imkan vermirdim danışmağa. Rəhmətlik Oqtay növbətibadəni qaldıranda dedi ki, bunu da içəkyubilyarın sağlığına və hələ 20 gün də bundan sonra içəcəyik...

Rüstəm müəllim mənətərəf əyilib soruşdu:

- Əbülfət müəllim,neçə yaşın olur?

Mən yaşımı deyəndəRüstəm gözləmədiyim halda ərklə:

- Əşi, burdahamı məndən yaşda uşaqdı ki. Mən də elə bilirəm Əbülfətin 60-70 yaşı var,"müəllim" deyib sakitcə oturmuşam böyründə. İcazə verin mən dədanışım...

Bəli, beləcədoğmalaşdıq Rüstəmlə. Təkcə mən yox, bütün "Ədalət"çilər. Kollektivinağrılı-acılı günlərində, xeyir-şər məclislərində hamı ilə bir cərgədə, bir yerdəoldu Rüstəm. O qədər mehribanlaşdıq ki, hətta oğlu Əşrəf də bu kollektivin əzizinəçevrildi. Hamı onu özünün bir parçası saydı. Çünki tərbiyəsi, əxlaqı, şirinliyivə bir də anlayışlı olması onu bizim dilimizin əzbərinə, özümüzün sevimlisinəçevirmişdi. Elə indinin özündə də elədi. Hətta Əşrəfin ad günündə məclisi idarəetmək mənə tapşırıldı. İndi özünüz təsəvvür edin də, evin tək övladınınyubileyini bütün qohum-əqrabanın, dost-tanışın içərisində məhz Əşrəfinarzusuyla mənə tapşırmaq nə deməkdi və hansı səmimiyyətdən xəbər verir. Deyəsənözümü təriflədim. Amma doğurdan da mən Rüstəmdə. Onun ailəsində, onun qohum-ərqəbasındagördüyüm diqqəti, səmimiyyəti həmişə xüsusi bir sayğı kimi hiss etmişəm. Sonraanlamışam ki, bütün istəklərin, bütün diqqətlərin bünövrəsi təqdimatdan keçir.Qarşındakı bir insanı başqa birisinə ilk anda necə təqdim etsən, bütünzamanlarda həmin o təqdimat öz səviyyəsində qalacaq. Bunu da Rüstəm bacarmışdı.Və mən də Rüstəmi sizə yenidən təqdim edirəm...

Bəli, bu gün 60yaşı tamam olan Rüstəm mənim əxlaqıma, dünya görüşümə görə həyatda maddi olanheç nəyə sahib olmayıb. Doğrudu, ona Ağdamdan qaçqın düşmüş bir vətəndaş kimisığınacaq veriblər. Ailəsini o evdə yerləşdirib. Onun nə bağı-bağçası, nəmal-mülkü yoxdu. Aldığı əməkhaqqı ilə ailə təminatını sıravi bir vətəndaşolaraq yoluna qoymağa çalışır. Amma Rüstəmin qazandığı mənəvi zənginlikmilyonlara sahib olanlarda yoxdu. Bunu mən tam əminliklə deyirəm. Ən azındanona görə ki, Rüstəm Ağdam üçün vuruşub... Rüstəm Ağdamın ağrı-acısını bu gün dəyaşayır... Rüstəm bu gün hamının gözününiçərisinə dik baxır... Rüstəm ailəsindən, oğlundan nəyə görəsə utanıb çəkinmir.Əksinə, Rüstəm dostların da, ailəsinin də gözündə son dərəcə ucadı. Və buucalığı onun kürəyini yerə vurduğu 60 yaş da hiss edir. Və Rüstəm bilir ki, heçkimin olmayan dünyada onun özünün təmiz adı, ailəsi və bir də Kişiliyi,İnsanlığı var. Pul ilə alınmayan Kişilik və İnsanlıq!

Yazımın sonundaüzərimə bir missiya götürərək bütün "Ədalət"çilər adından və nəhayətRüstəmi sevən bütün dostlar adından onu təbrik edirəm. Yaşda məndən böyük olsada, Rüstəmə xatırlatmaq istəyirəm ki, hələheç yerdə söyləmədiyim qəttəzə sağlıqları onun şərəfinə deməyə hazıram!

Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV