adalet.az header logo
  • Bakı 18°C
30 Mart 2015 17:24
2526
MƏMLƏKƏT
A- A+

İşsizlərin sayı açıqlandı

Komitə məlumat yaydı.

2015-ci il martın 1-nə olan məlumata görə, məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 29 min nəfər təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Komitənin məlumatına görə, ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin 39,2%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta aylıq məbləği 259,9 manat təşkil edib.

Bakı şəhəri üzrə cəmi 11 min 581 nəfər işsiz statusuna malik olan şəxs var, onun 616 nəfəri işsizliyə görə müavinət alır. Abşeron rayonunda isə 338 nəfər işsiz qeydə alınıb ki, onların da 44 nəfəri işsizliyə görə müavinət alır. Sumqayıt şəhərində isə 1 346 nəfər işsiz statusuna malik olan şəxs var, onların da 216 nəfəri müavinət alır.

Qeyd edək ki, "Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2 iyul 2001-ci il tarixli Qanununa əsasən, işsizlik statusuna malik olan şəxslərdən bir qismi işsizlik müavinəti alıb.

Müavinətin ödənilməsi müddəti Qanunda nəzərdə tutulmuş hallardan başqa 12 aylıq dövr ərzində 26 təqvim həftəsindən çox ola bilməz.