adalet.az header logo
  • Bakı 20°C
30 Mart 2015 17:22
3096
DÜNYA
A- A+

Ermənilərə sultan qarğışı

Osmanlı İmperiyasının sonuncu sultanı II Sultan Əbdül Həmid Xanın ermənilərə etdiyi qarğışı açıqlanıb. Adalet.az Türkiyə mətbuatına istinadən bildirir ki, qarğışın mövcudluğu uzun müddətdir ki, bəlli olsa da o, yalnız indi açıqlanıb: 

 "Ya Haqq! Mənə üzdə "Qızıl Sultan" adını verib, amma devrilməyim üçün əllərindən gələni edən erməniləri indi məni devirənlərə parçaladırsan! Bu cəlladları da kim bilir, kimləri parçaladacaqsan?!.. Allahım, özümü deyil, millətimi bu hala salanlara haqqımı halal etmirəm! Məni parça-parça doğrasayadılar, sarayımı yaxsaydılar, xanədanımı söndürsəydilər, uşaqlarımı gözümün önündə parçalasaydılar halal edərdim, ancaq Peyğəmbər yolunda yürüdüyüm üçün məni və millətimi atəşə atan insanlara haqqımı halal etmirəm!

 Müqqədəs adlarına qurban olduğum Allahım!"

Xatrladaq ki, 1909-cu il martın 31 -də II Sultan Əbdül Həmid Xana qarşı üsyan başlamışdı. Bu hadisə onun devrilməsi ilə yanaşı, Osmanlı İmperiyasının da zəifləməsinə güclü təkan verdi.