adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Mart 2015 17:20
1703
SİYASƏT
A- A+

Deputat Necdət Ünüvar: “Bu qanlı günləri tarix unutmayacaq”

Türkiyə parlamentinin deputatı Necdət Ünüvar 31 mart azərbaycanlıların soyqırımı günü münasibəti ilə Azərbaycan xalqına başsağlığı verib. ANS PRESS-in məlumatına görə, millət vəkili qeyd edib: "31 mart gününü hər bir azərbaycanlı və bütün Türk Dünyası unutmamalıdır. Bu tarix, 1918-ci ildə ermənilərin Azərbaycanda minlərlə qardaşımızı mərhəmətsizcə qətl etdiyi illəri ifadə edən unudulmamalı bir gündür”. Onun sözlərinə görə, hər il 24 apreldə qondarma soyqırım iddiasıyla bütün dünyada tərəfdar toplamağa çalışan ermənilər özlərinin azərbaycanlılara qarşı törətdikləri törətdikləri sistematik qırğınları gizləməyə çalışırlar. "Amma etdiklərini özləri görmək istəməsələr də, bu qanlı günləri tarix unutmayacaq”,- deyə Necdət Ünüvar vurğulayıb.