adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Mart 2015 16:24
3456
MƏDƏNİYYƏT
A- A+

TRT AVAZ ermənilərin kürkünə birə saldı

Türkiyənin dövlət televiziya və radio şirkəti olan TRT-nin beynəlxalq bölməsi – TRT AVAZ Dağlıq Qarabağla bağlı "Qarabağın səssiz harayı” adlı sənədli film çəkib.

Türkiyənin "Anadolu” agentliyi xəbər verir ki, filmdə ermənilərin Dağlıq Qarabağı işğal etməsi və azərbaycanlılara qarşı təşkil etdikləri qırğınlar öz əksini tapıb. 

"Qarabağın səssiz harayı” filmi bir neçə xarici ölkədə, o cümlədən Azərbaycanda yayımlanacaq.

Filmin çəkilməsindən narahat olan Ermənistan mətbuatı isə Qarabağ gerçəklərini əks etdirən "Qarabağın səssiz harayı” filmini antierməni məzmunlu aksiya adlandırıb.