adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Mart 2015 15:13
4988
ŞOU-BİZNES
A- A+

Məşhur Hollivud aktyoru xəstəxanadan çıxdı

Təyyarə qəzası nəticəsində çoxsaylı xəsarətlər almış məşhur Hollivud aktyoru Harrison Ford üç həftəlik müalicədən sonra xəstəxanadan buraxılıb. Adalet.az Rusiya mətbuatına istinadən bildirir ki, aktyor hətta rahat şəkildə avtomobil də idarə edir. 

Qeyd edək ki, 72 yaşlı aktyor martın 5-də şəxsi təyyarəsi ilə qəzaya uğramışdı. Santa-Monika aeroportundan havaya qalxan təyyarənın mühərriki qəflətən dayanmış və mahir pilot olan Ford yaşayış məhəlləsinə düşməmək üçün onu qolf meydançasına yönəltmişdi. Aktyorun topuğu və omba sümükləri sınmış və o, çoxsaylı yaralar almışdı. Xoşbəxtlikdən hadisə zamanı meydançada həkimlər qolf oynayırmış və onlar aktyora ilk tibbi yardım göstəriblər. Bundan sonra Ford xəstəxanaya çatdırılıb və orada 4 saatlıq əməliyyat keçirib.