adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Mart 2015 14:57
5018
MARAQLI
A- A+

İsraildə 5 min illik pivə tapılıb

İsrailin Təl-Əviv şəhəri yaxınlığında arxeoloji qazıntılar aparılan zaman pivə istehsalına aid qab və ləvazimatlar üzə çıxıb. Adalet.az Rusiya mətbuatına istinadən bildirir ki,  5 min il yaşı olan bu ləvazimatlara dağıntılar arasında rastlanıb.

Keramik əşyalar qədim Misir üslubuna uyğun hazırlanıb. 

Bundan başqa, əşyaların dibində qatılaşıb qurumuş pivə qalıqları da aşkarlanıb.

Qeyd edək ki, qədim Misirdə pivə çörək və sudan sonra üçüncü yerdə gələn vacib içki sayılırdı. Sosial statusundan, cinsindən və yaşından asılı olmayaraq hamı pivə içirdi. Qədim misirlilər pivəyə meyvə şirələri də qatırdılar.