adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Mart 2015 14:46
5130
MARAQLI
A- A+

Quyudan neft əvəzinə mamont çıxdı

Rusiyanın "Rosneft” şirkətinin işçiləri Nyaqani rayonunda mamont qalığı tapıblar. Adalet.az Rusiya mətbuatına istinadən bildirir ki, ərazidə qazıntı işləri aparılarkən təxminən 3 metrlik dərinlikdə mamontun sümüklərini tapıblar.

Mamontun qalıqları üzərində Xantı-Mansiysk İnsan və Təbiət Muzeyinin  mütəxəssisləri araşdırma aparıblar. İlkin nəticələrə görə, mamontun təxminən 10 min il bundan əvvələ aid olduğu məlum olub.

Hazırda araşdırma davam etdirilir. Alimlər mamontun hansı növə aid olduğunu, o dövrün coğrafi və təbii şəraitini, bitki örtüyünü öyrənməyə çalışırlar.