adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
30 Mart 2015 13:30
1308
GÜNDƏM
A- A+

Aydın Əliyev Xızıda vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Xızı şəhərində yerləşən Tarix-Diyarşünaslıq Muzeyinin binasında bu bölgədən olan vətəndaşları qəbul edib.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.
Qəbula gələn vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul və gömrük rəsmiləşdirilməsi ilə bağlı olub.

Səyyar qəbul zamanı komitə sədri qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.