adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Mart 2015 12:54
3479
ELM VƏ TƏHSİL
A- A+

Magistr olmaq istəyən jurnalistlərin qabiliyyəti yoxlanacaq

2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olunmaq istəyən bakalavrların qeydiyyatı prosesi başa çatıb. Qabiliyyət imtahanı aprelin 1-dən 3-dək keçiriləcək. 


Qeydiyyatdan keçmiş 27 bakalavr qabiliyyət imtahanına gələrkən dövri mətbuatda, radio və televiziyada, internet KİV-lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) da qovluqda Qabiliyyət imtahanı komissiyasına təqdim etməlidirlər. Dövri mətbuatda, radio və televiziyada, internet KİV lərdə yayımlanmış jurnalistika üzrə yazıları (çıxışları) olmayan bakalavrlar da sorğu anketini dolduraraq qeydiyyatdan keçiblərsə, qabiliyyət imtahanında iştirak etməlidirlər.


Yalnız qabiliyyət imtahanından "məqbul” qiymət alan bakalavrlar jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanacaqlar.