adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
30 Mart 2015 12:44
1315
MƏMLƏKƏT
A- A+

Martın son günü hava yağıntılı və küləkli olacaq

Martın 31-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə hava şəraitinin yağıntılı olacağı ehtimalı var.

Gün ərzindəhavanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı, əsasən yağmursuz olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloquAsif Verdiyev  açıqlamasında deyib ki, mülayim şimal küləyi əsəcək.

Havanın hərarəti gecə 2-4, gündüz 5-9 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarındahavaşəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gündüz yağıntının bəzi yerlərdə kəsiləcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda 1-6 şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, martın 31-dən aprelin 2-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü metehəssas insanlar üçün əsasən əlverişlidir.