adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
30 Mart 2015 12:18
2045
DÜNYA
A- A+

Ukrayna və ABŞ Rusiya və Belarus ərazisində müşahidə uçuşu keçirəcək

Ukrayna və ABŞ birgə Rusiya və Belarus ərazisi üzərində müşahidə uçuşu həyata keçirəcək. Açıq səma üzrə Beynəlxalq Müqavilə çərçivəsində reallaşdırılacaq uçuş martın 30-dan aprelin 4-dək baş tutacaq.

Adalet.az-ın məlumatına görə, bu barədə Rusiyanın Nüvə Təhlükəsinin Azaldılması üzrə Milli Mərkəzinin rəhbəri Sergey Rıjkov deyib.O deyib ki, ABŞ bunu beynəlxalq sənəd adı ilə reallaşdırmağı planlaşdırır.Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, bu uçuşu OS-135V Amerika müşahidə təyyarəsi aparacaq. OS-135V hər hansı silahın tətbiqi üçün nəzərdə tutulmayan təyyarələr sinifinə aiddir. Təyyarədə müşahidə aerofotoaparatların quraşdırılmasına icazə ilə bağlı beynəlxalq şəhadətnamənin verilməsində Rusiya da iştirak edib. Lakin belə texniki vasitələrdən istifadə açıq səma üzrə müqavilədə nəzərdə tutulmayıb. Rusiya mütəxəssisləri planlaşdırılmış marşrut üzrə nəzərdə tutulan uçuşun parametrlərinə və müşahidə cihazının tətbiqinə ciddi nəzarət edəcəklər.Xatırladaq ki, Rusiya ərazisi üzərində analoji uçuş bu il martın əvvəlində də keçirilib. O zaman bu missiyada ABŞ və Çexiya nümayəndələri iştirak ediblər. Oxşar tədbir bu il fevralın 12-də Rostov ərazisində aparılıb.Açıq səma üzrə müqaviləni ATƏT-in 27 üzv iştirakçı ölkəsi 1992-ci ildə qəbul edib. İndi 34 dövlət bu sənədi təsdiqləyib. Rusiya bu sənədi 2001-ci ildə təsdiqləyib. Sənədin hədəfi qarşılıqlı anlaşmanın və etibarın möhkəmləndirilməsidir.