adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
30 Mart 2015 12:23
1518
MƏMLƏKƏT
A- A+

MTRŞ-dən Azərbaycanda yayımlanan İran kanalı ilə bağlı açıqlama

Azərbaycanın cənub bölgəsində "Kanal 12” adlı kanal yayımlanır. Maraqlıdır ki, "Kanal 12” yayımladığı proqramlarla sanki Azərbaycana məxsusdur təsiri bağışlayır. Çünki verilişlərinin əksəriyyəti Azərbaycan, bir qismi isə türk dilində yayımlanır.Həmçinin aparıcılar da bu iki dildə səlis danışa bilir. 

 Bundan əlavə, verilişlər boyu titrlərdə latın qrafikasından istifadə olunur.Qeyd edək ki, kanalda ancaq dini verilişlər yayımlanır.  Məsələn, verilişlərin danışmanlarından  "Zühur TV”-nin  Türkiyə müdiri olan Cəvat Gök,  Dünya Cəfəri Alimlər Birliyinin başqanı Hasan  Karabulutun adını çəkmək olar.

  "Azərbaycan məddahlar birliyi” adlı veriliş də bu kanalın efirində yayımlanır. TV-nin YouTube kanalı da fəaliyyət göstərir.Verilişlərdə xüsusilə şiə təriqəti ilə bağlı mövzulara toxunulması izləyicilərin arasında birmənalı qarşılanmır. Eyni zamanda bu kanalın yayımlanması dini təbliğat kimi qəbul edilir.  Nəzərə alsaq ki, cənub bölgəsində yaşayan gənclər əsasən İranda dini təhsil almağa üstünlük verir və sözügedən kanal da onların dini düşüncələrinə birbaşa təsir edir.Həmçinin əlavə edək ki, yayımın adında 12 rəqəminin olması isə 12  imama işarə kimi qəbul edilir.Qeyd etdiyimiz kimi, efirdə Azərbaycan dilində səlis çıxışlarına və titrlarda latın qrafikasındakı hərflərdən, hətta "ə", "ö" dən istifadə etmələrinə baxmayaraq, kanalın Azərbaycanla heç bir əlaqəsinin olmadığı məlum oldu.

Məsələ ilə bağlı "Qafqazinfo” MTRŞ-nın aparat rəhbəri Toğrul Məmmədovla əlaqə saxlayıb.  O bildirib ki, "Kanal 12” İran kanalıdır: "Cənub bölgəsi İranla həmsərhəd olduğu üçün oranın ötürücüləri bu bölgədə qəbul edilir. Tezliklər güclüdür.  Ona görə də bu kanal cənub bölgəsində yayımlanır.  Qeyd edim ki, Azərbaycanda tezlik problemi  var.  Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tezliklərin gücləndirilməsi istiqamətində iş aparır.  Bu problem həll ediləcək”.