adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Mart 2015 12:11
3749
ƏDƏBİYYAT
A- A+

Azərbaycan şairlərinin əsərləri “Literaturnaya qazeta”da dərc edilib

Moskvada "Literaturnaya qazeta”nın həftəlik "Slovestnik” əlavəsinin növbəti nömrəsi Rusiyada yaşayan Azərbaycan şairlərinin yaradıcılığına həsr olunub. Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu məlumat verib. "Literaturnaya qazeta”da Azərbaycanı Rusiyada təmsil edən 21 şairin şeirləri dərc edilib.

N.Nəbioğlu bildirib ki, Moskvada yaşayıb yaradan tanınmış müəlliflərimizin əsərlərinin belə bir nüfuzlu qəzetdə dərc edilməsi təqdirəlayiqdir. Azərbaycan poeziyasının bu şəkildə təbliği olduqca vacibdir. Bu həm də Moskvada yaşayan şairlərimiz və yazıçılarımızın Rusiya yazıçıları arasında dostluq və yaradıcılıq əlaqələrinin möhkəmlənməsində atılan önəmli addımlardan biridir.

Səhifəni çapa tanınmış yazıçı, ədəbiyatşünas Abuzər Bağırov hazırlayıb. Şairlərimizin əsərlərinin bu nömrədə çap olunması "Literaturnaya qazeta” ilə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun birgə layihəsi əsasında Rusiyanın əməkdar inşaatçısı Əlizaman Rəhimovun dəstəyi ilə baş tutub.