adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Mart 2015 11:14
1238
HADİSƏ
A- A+

Göyçayda ikimərtəbəli ev yandı

Göyçayda yanğın hadisəsi qeydə alınıb.
 
Adaletaz-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Göyçay rayonu, Bığır kəndində vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin və çardağının yanar konstruksiyaları 144 kv.m sahədə yanıb.
 
Evin qalan hissəsi və evə bitişik olan talvar yanğından mühafizə olunub. Yanğın saat 01:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.