adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Mart 2015 10:59
2000
DÜNYA
A- A+

Terrorçuların paytaxtı alındı

Nigeriyanın hökumət qüvvələri "Boko Haram” terrorçu qrupunun istehkamı sayılan Gyoza şəhərini nəzarət altına aldığını bildirir.

Xilafətin qurulduğunu deyərkən "Boko Haram” şimal-şərqdəki şəhəri özünün paytaxtı elan etmişdi.

Qeyd edək ki, ötən il "cihadçılar" tərəfindən oğurlanan 200-dək məktəbli qızın məhz Gyozada saxlanıldığı güman edilir. Martın əvvəlində hərbçilər, Gyoza da daxil olmaqla, "Boko Haram” nəzarətində cəmi 3 şəhərin qaldığını bildirirdilər. Ötən həftə isə Nigeriya prezidenti Qudlak Conatan terrorçu qruplaşmasının ələ keçirdiyi ərazilərin bir ay ərzində geri gaytarılacağına ümid etdiyini deyib.

Xatırladaq ki, 2012-ci ildən bəri Nigeriyanın şimal-şərqində yaranan münaqişədə 15 500 adam həlak olub.