Qənirə Paşayeva qaçırılan qızın işini nəzarət götürdü
Millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Əyyublu qəsəbəsində seksual xarakterli hərəkətlərə məruz qaldığına görə intihara cəhd edən 20 yaşlı tələbə qızla maraqlanıb.
Qızın qohumlarının ANS PRESS-ə verdiyi məlumata görə, qızın yaxınları ilə görüşən deputat işi nəzarətə götürdüyünü bildirib.
Qənirə Paşayeva 20 yaşlı tələbə qız G.K-nın hazırkı durumu ilə bağlı həkimlərlə və işi aparan müstəntiqlərlə danışıb.
Qeyd edək ki, Tovuz rayonunun Əyyublu qəsəbəsində seksual xarakterli hərəkətlərə məruz qalan 20 yaşlı tələbə qız G.K (Qızın qohumları adının açıqlamasını istəmədi) bu gecə özünü öldürmək istəyib.
Verilən məlumata görə, səhər saat 5 radələrində tələbə qız haqqında yayılan şayiələrlə əlaqədar intihara cəhd edib. Qız dərman içib. Onu huşsuz halda tapan valideynləri dərhal həkim çağırıblar.
Qızı huşsuz vəziyyətdə xəstəxanaya aparıblar. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Qızın intihar etmək istəməsinə kənddə onun barəsində əxlaqsız olması barədə şayiələrin yayılması səbəb olub.
Digər Xəbərlər
23 Aprel 2024 10:18
Qırğızıstan prezidenti Ağdama gedəcək
23 Aprel 2024 10:16"Son 5 ayda Azərbaycanla iki böyük razılaşma əldə etmişik" - Paşinyan
23 Aprel 2024 09:07İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTOLAR + YENİLƏNİB
23 Aprel 2024 09:05"Qarabağ uğrunda müharibə aparmaq fikrində deyilik" - Paşinyan
22 Aprel 2024 19:50