adalet.az header logo
  • Bakı 18°C
27 Mart 2015 19:34
1438
SİYASƏT
A- A+

Dəməşqdə məscidi bombaladılar

Suriyanın paytaxtı Dəməşqdə cümə namazı başa çatan zaman məscidin bombalanması nəticəsində aralarında qadın və uşaq olmaqla 15 nəfər ölüb, onlarla sakin yaralanıb.

Bu barədə Suriya İnqilab Baş Şurası məlumat yayıb.

Xəbərdə bildirilib ki, hadisə Bəşşar Əsəd ordusuna aid döyüş təyyarələrinin Dəməşqin şərqindəki Haresta rayonunun Kuntara kəndindəki məscidi bombalaması nəticəsində baş verib.

Məlumata görə, hadisə nəticəsində yaralananların bir çoxunun vəziyyəti ağırdır.

Xatırladaq ki, Dəməşqin bu hissəsində Bəşşar Əsədə bağlı silahlılarla müxalifət arasında davamlı olaraq şiddətli döyüşlər gedir.